“Namiq Azərbaycan dili və ədəbiyyatı müəllimi olsa da, hərb sənətini, hərb yolunu seçdi…”-Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Siyasət Mustafayev və Bərdəli “Qisas” əməliyyatı Şəhidi Namiq Məmmədlinin-BU GÜN CƏNNƏTDƏKİ DOĞUM GÜNLƏRİDİR, 30 YAŞLARI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB – (1)

Bərdə rayonundan olan “Qisas” əməliyyatı Şəhidi Namiq Ağəmməd oğlu Məmmədlinin doğum günüdür.

Namiq Məmmədlinin bu gün-2 may 2026-cı il tarixində 30 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbərinə görə, Namiq Məmmədli 1996-cı ilin may ayının 2-də Bərdənin Təhlə kəndində dünyaya gəlib.

Ailədə iki övlad, iki qardaş olublar və hər iki qardaş-həm Namiq, həm də ondan 4 yaş böyük olan-1992-ci il təvəllüdlü qardaşı Natiq hərb sənətini seçiblər.

Namiq eyni zamanda, ali təhsilli olub, Azərbaycan dili və əbədiyyatı müəllimi ixtisasına yiyələnib.

Amma müəllim işləməyib, Əsgərlikdən sonra hərb sənətini seçib.

Hər iki qardaş həm tarixi 44 günlük İkinci Vətən Müharibəsində, həm də “Qisas” əməliyyatında iştirak ediblər.

Namiq Xüsusi Təyinatlı Qüvvələrdə (XTQ) fəaliyyət göstərib, 2018-ci ildən hərb yolunu seçən Natiq isə Azərbaycan Ordusunun Giziridir.

Namiq Murovdan Şuşayacan uzun və şərəfli döyüş yolu keçib, Murovdağın, Cəbrayılın, Füzulinin, Xocavəndin və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.

Natiq də Suqovuşan və Ağdam istiqamətlərində döyüşüb.

“Qisas” əməliyyatı zamanı Namiq Kəlbəcər, Natiq isə Laçın istiqamətində döyüşüb və sentyabrın 12-dən 13-nə keçən gecə Namiq Kəlbəcərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi iki gün sonra Bəcirəvan kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Namiq İkinci Vətən Müharibəsindən sonra “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalları, 2022-ci ilin noyabr ayında isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Eyni zamanda, xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə təltif olunub.

Natiq isə İkinci Qarabağ Savaşından sonra iki medalla-“Suqovuşanın azad olunmasına görə”  “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

Namiq subay olub.

Bərdə şəhərində adını daşıyan küçə var.

32 yaşlı Natiq isə ailəli, iki övlad atasıdır.

***

Bu gün həm də Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Siyasət Akif oğlu Mustafayevin Cənnətdəki altıncı doğum günüdür.

Siyasətin də bu gün 30 yaşı tamam olur.

 O, 1996-cı ilin may ayının 2-də Ağdaş rayonunun Abad kəndində-sadə bir ailədə dünyaya gəlib.

Sonra ailəsi ilə birlikdə Pirəyir kəndinə köçüblər.

Evin-ailənin iki övladından biri, tək oğul, tək bacının tək qardaşı olub.

Ondan 2 yaş böyük olan bacısı Salatın xanım hazırda ailəli, iki övlad anasıdır.

2002-2013-cü illərdə Abad kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən sonra-2014-2016-cı illərdə Bakı şəhərində həqiqi hərbi xidmətdə olub.

2016-2018-ci illərdə Türkiyədə və Rusiyanın Dağıstan bölgəsində işləyib, çalışıb, ailəsinə dəstək olub.

2018-ci ildən isə həyatını yenidən Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsi zamanı MAXE kimi döyüşlərə qatılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 28-də Cücük kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

O, Ağdaşın ilk, həm də Pirəyir-Cücükün yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra 3 medalla – “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Ailəsinin yaşadığı küçəyə Onun adı verilib.

24 yaşında Şəhidlik məqamına ucalan Siyasət həm də nişanlı olub.

11:00

***

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-2 may 2026-cı il tarixində, səhər saatların Namiq Məmmədlinin Bəcirəvan kənd qəbiristanlılğındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Məzarı başında qısa çıxışlar edilib.

Çıxışlarda ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Qeyd edilib ki, Azərbaycan dili və əbədiyyatı müəllimi olsa, hərb sənətini seçib, Vətəninə hərbçi kimi xidmət etmək yolunu üstün tutub və Vətən yolunda da Şəhid olub.

Həmçinin, məktəblilər tərəfindən Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra Bəcirəvan kənd qəbiristanlığında adına çay-ehsan süfrəsi təşkil olunub, bir daha ruhuna dualar edilib.

Şəhidin məzarını ziyarətdə və çay-ehsan süfrəsində ailə üzvləri, yaxınları, Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri məktəblilər və digər şəxslər iştirak ediblər.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

13:40

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bu gün Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri, tək oğullar-QƏBƏLƏLİ ELMƏDDİN MUSTAFAYEV, OĞUZLU TURAL MƏMMƏDOV VƏ AĞDAŞLI CƏLALƏDDİN FƏRHADOV… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Anası tərəfindən təkbaşına böyüdülən tək oğul və bir övladı Vətənə əmanət qalan, bu gün 29 yaşı tamam olan-XAÇMAZLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏBUHİ HÜSEYNLİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir