Ağır avtoqəza baş verib: 4 nəfər həlak olub, 4 nəfər yaralanıb – ŞƏKİDƏ

Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Etikxeber.az-ın məlumatına görə, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər həlak olub, daha 4 nəfər yaralanıb. Yaralılar Şəki və Mingəçevir xəstəxanalarına aparılıb. Şəki Mərkəzi Xəstəxanası baş həkiminin müavini Knyaz Məmmədov bildirib ki, yaralılardan biri reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Əli Əhmədov prezident seçkilərindən danışdı və dedi ki…- FOTO

Read Next

AGF-nin yeni baş katibi: NURLANA MƏMMƏDZADƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir