“Ağır və çətin olan hərb yolunu, hər sənətini seçdiyimə görə heç zaman təəssüflənmədim, peşmançılıq hissi keçirmədim…”-APREL DÖYÜŞLƏRİ VƏ İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, ALİ TƏHSİLLİ PEŞƏKAR HƏRBÇİ, MAYOR, BİR NEÇƏ MEDALLI-QAZİ YADİGAR SADİQOV – FOTOLAR

Bu gün, 23 may 2023-cü il tarixində, axşam saatlarında daha bir Vətən sevdalısı, daha bir peşəkar hərbçi, daha bir Aprel döyüşləri və İkinci Vətən Müharibəsi iştirakçısı ilə tanış oldum…

Daha bir Qəhrəman, İgid Azərbaycan övladı, Qazimizlə bir araya gəldim…

28 ilin peşəkar hərbçisi olmuş, gecə-gündüz, isti-soyuq bilmədən Vətənin keçiyində dayanmış Gədəbəyli Yadigar Məmmədəli oğlu Sadıqovla Goranboy rayonunda görüşüb-söhbətləşdim, hal-əhvallaşdım…

Tanışlığımzdan, bir araya gəlməyimizdən də məmun qaldım…

Çünki çox təvazökar, çox sadə, çox mehriban və əsl Vətən sevdalısı bir oğuldur Qazi Yadigar Sadiqov…

Mayor Yadigar Sadıqov 1976-cı ilin fevral ayının 2-də Qəhrəman Gədəbəy yayonun Zəhmət kəndində, zəhmətkeş, sadə bir ailədə dünyaya gəlib…

Ailənin 8 övladından biridir…

9-cu sinfi bitirdikdən sonra-1991-cı ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsilini davam etdirib…

Liseyi başa vurduqdan sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə (AHİM) ali hərbi təhsil alıb…

1998-ci ildə ali təhsilini bitirdikdən sonra peşəkar hərbi, Leytenant kimi Azərbaycanın müxtəlif bölgələrində-Goranboy, Tərtər, Cəlilabad Kəlbəcər-Murovdağ istiqamətlərində yerləşənən hərbi hissələrdə fəaliyyət göstərib…

Aprel döyüşlərinin iştirakçılarından olub…

Müdafiə nazirinin əmri ilə bir neçə dəfə medalla və fəxri diplomlarla təltif olunub…

Və bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinin ilk günündən Murovdağ istiqamətində döyüşlərdə iştirak edib…

Noyabr ayının 8-də isə baş nahiyəsindən yaralanıb, kontuziya alıb, qolu sınıb…

Təxminən 6 aya yaxın Bakı şəhərində yerləşən hərbi hospitalda müalicə-müayinələrdən keçib…

2021-ci ildə səhhəti ilə əlaqədar ikinci qrup (beş illik) əlilik dərəcəsi alıb…

2022-ci ilin fevralından isə Azərbaycan Ordusundan təxris olunub…

Müharibədən sonra “Kələbəcərin azad olunmasına görə” “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub…

Yadigar hazırda Gəncə şəhərində yaşayır və Aviasiya təmiri zavodunda texnoloq işləyir…

O, həm də ailəlidir, iki övlad-bir qız və bir oğul atasıdır…

Hər iki övladı da ali məktəb tələbəsidir…

Söhbət, görüş zamanı bir daha Yadigar Sadıqovun 28 illik şərəfli hərb və döyüş yoluna nəzər saldım…

Hər anı, hər saniyəsi Vətən naminə çətinliklərdən, sınaqlardan keçən bir hərb və döyüş yolu…

Və Fəxrli, Qürurlu hərb və döyüş yolu…

Söhbət zamanı hər birimizin Yadigar Sadıqov kimi oğullara, Vətən sevdalılarına, Qazilərimizə borclu olduğunu bildirdim, bir daha ona Allahdan can sağlığı, şəfa və uzun ömür dilədim…

Allah daim Yar və Yardımçısısı!

Böyük Yaradan özünü və ailəsini qorusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“İki ildən çoxdur şəkilləri ilə təsəlli tapmağa çalışıram…”-GORANBOYLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, GİZİR, AİLƏNİN TƏK OĞLU, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN LACIN RASİM OĞLU ALIYEVİN ANASI MƏLAHƏT CAVADOVA – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Ermənistan və Azərbaycan rəhbərliyinə sülh sazişi çərçivəsində bəzi mübahisəli məsələlərin həlli ilə bağlı təkliflər təqdim edilib”-ABŞ RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir