Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qahirədə ağır yol qəzası və partlayış nəticəsində 17 nəfər ölüb, 32 nəfər xəsarət alıb.
Etikxeber.az xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəza Qahirənin Milli Xərçəng Xəstəxanasının yaxınlığında bir neçə avtomobilin toqquşması nəticəsində baş verib.
Qeyd olunur ki, avtomobillərdən biri yüksək sürətlə qarşıdakı zolağa çıxaraq üzbəüz gələn bir neçə avtomobilə çırpılıb. Toqquşma zamanı güclü partlayış və yanğın baş verib.
Hadisə yerinə 25 təcili yardım və bir neçə yanğın söndürən maşınları cəlb olunub.
Misirin baş prokuroru partlayışın səbəblərinin araşdırılması barədə göstəriş verib və hadisə yerinə istintaq qrupunu göndərib.
Etikxeber.az





