Ağır yol qəzasında azı 5 nəfər öldü – UKRAYNADA

Ukraynanın Xerson vilayətində baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.

Etikxeber.az xəbər verir ki, Xerson vilayət Milli Polisinin yaydığı məlumatda hadisənin iki avtomobilin toqquşması nəticəsində baş verdiyi qeyd olunur.

Yol qəzası zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib.

Daha iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bu ilin 9 ayında Ukraynada 108 min yol nəqliyyat hadisəsi baş verib, nəticədə 2266 nəfər ölüb.

Ukrayna Patrul Polisi hesabatında qeyd edib ki, bu il Ukraynada yol qəzalarında hər sutkada 8 nəfər ölüb.

Etikxeber.az

Read Previous

Nazir bir qrup zabitə “polkovnik” hərbi rütbəsi verdi – FOTO

Read Next

Prezident Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydasını təsdiqlədi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir