Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ukraynanın Xerson vilayətində baş verən ağır yol qəzasında azı 5 nəfər ölüb.
Etikxeber.az xəbər verir ki, Xerson vilayət Milli Polisinin yaydığı məlumatda hadisənin iki avtomobilin toqquşması nəticəsində baş verdiyi qeyd olunur.
Yol qəzası zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada keçinib.
Daha iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, bu ilin 9 ayında Ukraynada 108 min yol nəqliyyat hadisəsi baş verib, nəticədə 2266 nəfər ölüb.
Ukrayna Patrul Polisi hesabatında qeyd edib ki, bu il Ukraynada yol qəzalarında hər sutkada 8 nəfər ölüb.
Etikxeber.az