Ağsu dolaylarında sürüşmə zonası yenidən təmir olunub – FOTO

Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən 149-cu kilometrində torpaq sürüşməsi nəticəsində çökən 40 metrədək ərazidə yenidən təmir işləri aparılıb.

Etikxeber.az xəbər verir ki, fevralın 19-20-də 16 saylı “Yol İstismar” MMC tərəfindən yolun çökən hissəsinə 150 tonadək çınqıl tökülərək bərkidilib və hamarlanıb. Avtomobillərin hərəkəti təmin edilib. Yol işçiləri ərazini daim nəzarətdə saxlayırlar.

Qeyd edək ki, torpaq sürüşməsi nəticəsində bağlanan və təmirdən sonra fevralın 7-də yenidən açılan yolda sürüşmə davam edir. Sonuncu qardan sonra yolun 40-50 santimetrədək çökməsi və çatların getdikcə böyüməsi təkrar təhlükəli vəziyyət yaratmışdı.

Etikxeber.az 

Read Previous

Dağlıq Qarabağda “referendum”un keçirilməsi Ermənistanın özünü aldatmaq cəhdindən başqa bir şey deyil – XİN

Read Next

Fevralın 21-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir