Ağsu dolaylarının buz bağlamamasına qarşı tədbirlər görülür – FOTO

Ağsu dolaylarının buz bağlamamasına qarşı tədbirlər görülür. 16 nömrəli “Yol İstismar” MMC-nin işçiləri texnikanın köməyi ilə dolayların ən təhlükəli hissəsində – 144-147-ci kilometrində növbə çəkir, qum və duz tədarükü həyata keçirirlər.

Etikxeber.az xəbər verir ki, yanvarın 29-30-da havaların günəşli keçməsi nəticəsində dolaylarda qar əriyib, avtomobillərin hərəkətində heç bir problem olmayıb.

Yanvarın 31-də səhər saatlarında isə dolayların 144-150-ci kilometrini qatı duman bürüyüb. Mütəxəssislər dumanlı havada sürücülərə ehtiyatlı olmağı məsləhət görürlər.

Etikxeber.az

Read Previous

Deputat: “Ölkə başçısı kadr məsələsini ciddi nəzarətdə saxlayacağı mesajını məmurların diqqətinə çatdırmış oldu”

Read Next

Ata 13 yaşlı qızını qətlə yetirdi – VƏHŞİLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir