Ağsuda-“Ləngəbiz”dəki yanğının səbəbi məlum oldu…

İyulun 25-də gündüz saat 11 radələrində Ağsu şəhərindən 20 kilometr şərqdə Ləngəbiz sıra dağlarında (bu əraziyə Keçdəməz dağı da deyilir) yanğın baş verib.

Yanğın rayonun Keçdəməz kəndinin şimal dağlıq ərazisində, kol-kos sahəsindədir.

Fövqəladə Hallar Nazirliyinin (FNH) Ağsu yanğından mühafizə hissəsinindən Etikxeber.az-a bildirilib ki, hadisədən dərhal sonra yanğınla mübarizə tədbirlərinə başlanılıb.

Hazırda ərazidə 15 nəfər canlı qüvvə və 3 yanğınsöndürən maşın alovla mübarizə aparır.

Qonşu Şamaxı rayon yanğından mühafizə hissəsinindən də kömək çağırılıb.

Etikxeber.az

Read Previous

Qurban bayramında çadırtipli heyvan kəsimi məntəqələri istifadəyə veriləcək – FOTO

Read Next

Ramil Vəlizadə və Məryəm Şeyxəlizadəxangahın medal şansı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir