Ahıl ər-arvadın qida zəhərlənməsindən öldüyü ehtimal olunur…

Bu gün günorta saatlarında yaşadıqları evdə meyitləri aşkarlanan ahıl ər-arvadın qida zəhərlənməsindən öldüyü ehtimal edilir.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, Aydın Mirzəli oğlu Allahverdiyev və onun həyat yoldaşı Azadə Rəcəb Allahverdiyanın qəbul etdikləri qidadan mədələrinin parçalandığı, bu səbəbdən meyitlərin ağzından qan axmasının müşahidə olunduğu bildirilir.

Meyitlər hazırda Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinə olunur.

Etikxeber.az

Read Previous

Ana ölümü ilə bağlı 4 Perinatal Mərkəzin direktoru və 10-a yaxın həkim işdən çıxarılıb

Read Next

Uğurlu əməkdaşlıq ABŞ-ın yeni administrasiyası ilə də davam edəcək – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir