Aİ Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı-BAŞSAĞLIĞI VERDİ

Avropa İttifaqı Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı başsağlığı verib.

Etikxeber.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə üzrə Ali Nümayəndəsinin sözçüsü Peter Stano bildirib.

“Aİ Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı Azərbaycan XİN-ə və Azərbaycan xalqına başsağlığı verir. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Biz qəlbən həlak olan şəxsin ailəsinin yanındayıq. Yaralıların tezliklə sağalmasını arzulayırıq. Ətraflı istintaq aparılacağına və günahkarların məsuliyyətə cəlb olunacağına ümid edirik”-deyə, Peter Stano bildirib.

Etikxeber.az

Read Previous

“Biz müxtəlif sahələrə investisiya yatırmağa böyük önəm veririk və Misir şirkətlərini Azərbaycanda müxtəlif layihələrə yatırım etməyə çağırırıq”-MİSİR PREZİDENTİ – FOTOLAR

Read Next

“Əli Kərim yaradıcılığı, şeiriyyatı ölümə ölüm deməkdir”-MM-İN MƏDƏNİYYƏT KOMİTƏSİNİN SƏDRİ – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir