Aİ lideri Antonio Koşta Azərbaycan Prezidentinə-ZƏNG ETDİ VƏ…

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Antonio Koşta təyyarə qəzası ilə bağlı dövlət başçısına və Azərbaycan xalqına başsağlığını çatdırıb, Avropa İttifaqının bu qəzanın hərtərəfli araşdırılması ilə bağlı ölkəmizin mövqeyini dəstəklədiyini bildirib.

Prezident İlham Əliyev başsağlığına görə təşəkkürünü ifadə edib.

Telefon söhbəti zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat, xüsusilə Transxəzər-Orta Dəhliz marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv ölkələrə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin təmasların davam etdirilməsi razılaşdırılıb.

Etikxeber.az

Read Previous

Goranboylu İkinci Vətən Müharibəsi Şəhidi Nofəl Nuriyevin 37 yaşının tamamında-MƏZARI ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Goran Təlim Mərkəzində məhv edilməsi prosesi həyata keçirilir”-MN AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir