Aİ səfiri Azərbaycan XİN-ə çağırıldı-NOTA TƏQDİM OLUNDU

Oktyabrın 25-də Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb və Avropa Parlamenti tərəfindən 24 oktyabr tarixində qəbul edilmiş qətnamə, eləcə də bu qurumda baş tutmuş müzakirələr çərçivəsində Avropa Komissarı tərəfindən səsləndirilən əsassız və qərəzli fikirlər qəti şəkildə pislənib və bununla bağlı qarşı tərəfə etiraz notası təqdim edilib.

Etikxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatında bildirilib.

Qeyd edilib ki, Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsinin, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qəsd edən, onun daxili işlərinə müdaxilə edən bəyanat və addımların Ermənistanda revanşizmi təşviq etdiyi, bununla regionda sülh səylərinə xələl gətirdiyi vurğulanıb.

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə münasibətlərini beynəlxalq hüququn norma və prinsipləri, qarşılıqlı hörmət, bərabərhüquqluluq və ümumi fayda prinsipləri əsasında qurduğu bildirilib, qarşı tərəf də bu fundamental prinsiplərə ciddi şəkildə əməl etməyə çağırılıb.

Avropa İttifaqı tərəfindən Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü pozan, daxili işlərinə müdaxilə edən, regionda sülh və sabitliyə xələl gətirən qərəzli addımlardan çəkinilməsi tələb olunub.

Etikxeber.az

Read Previous

Ailənin üç övladından biri, ali təhsilli, bir övladı Vətənə əmanət qalan, Şəhadətindən dörd il keçən Fərid Məmmədov, tək və subay övlad, ali-hərbi təhsilli, peşəkar hərbçi, Cənnətdəki ikinci doğum günü olan Şəhriyar Əlibəyli və 26 yaşının tamamından 8 gün sonra Şəhidlik zirvəsinə yüksələn Xəyal Balakişiyev-BU GÜN MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM TƏDBİRLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

İki övladı Vətənə əmanət qalan hərbi polis Vaqif İsmayılzadə və evin-ailənin tək və subay oğlu Şəhriyar Qasımovun Anım günlərində-MƏZARLARI ZİYARƏT OLUNDU, ADLARINA EHSAN VERİLDİ, ANIM MƏCLİSLƏRİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir