Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünya Bankının hesabatına əsasən, Cənubi Avropa, Albaniya, Bosniya-Herseqovina, Kosovo, Makedoniya, Monteneqro və Serbiya daxil olmaqla Avropa İttifaqına (Aİ) üzv olmayan ölkələrin iqtisadiyyatlarında ümumi daxili məhsul artımı orta hesabla 2016-cı ildəki 2,7 faizdən 2017-ci ildə 3,2 faizə qalxacaq.
Etikxeber.az “Bloomberg”ə istinadla xəbər verir ki, Dünya Bankının aprel ayındakı proqnozları isə 2016-cı ildə inkişafın 2,6 faiz, 2017-ci ildə isə 3 faiz olacağını göstərirdi.
Dünya Bankının proqnozlarına görə artıma Serbiya və Albaniya liderlik edəcək. İxracın bərpa edilməsilə birlikdə artım gözləntilərinin müsbət olduğu qeyd edilən hesabatda investisiya və istehlak ilə dəstəklənən daxili tələbatın genişlənəcəyi vurğulanıb.
Hesabatda, həmçinin Avropada xarici təzyiqlərdən qaynaqlanan risklər, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasına dair referendumun qərarı, Yunanıstanda davam edən böhran, İtaliya bankları üzərindəki təzyiqlər, davam edən miqrant böhranının yaratdığı problemlər qeyd olunub.
Etikxeber.az