Ailə münaqişələrinə qarşı mübarizə tədbirləri…

“Ailə  münaqişələrinə qarşı mübarizə tədbirlərinin təşkili”  layihəsinin icrasına başlanıldı.

Etikxeber.az xəbər verir ki, Şəmkir Qadın Resurs Mərkəzi İctimai Birliyi  1 iyul 2018-ci il tarixdən Azərbaycan Respblikası Preidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Ailə  münaqişələrinə qarşı mübarizə tədbirlərinin təşkili”  layihəsinin icrasına başlanıb.

aila

Lyihənin əsas məqsədi Şəmkir rayonu ərazisində ailədaxili münaqişələrin daha çox baş verdiyi, boşanmaların artdığı yaşayış massivlərində  ailə münaqişələrinin qarşısını almaqla bağlı maarifləndirmələr aparmaqla, seçilmiş və vacib hesab edilən münaqişəli ailələrlə cəmiyyət arasında xüsusi nüfuza malik  şəxslərin və  mütəxəssislərdən ibarət komandanın görüşünü təşkil etmək, bununla da ailədaxili  münaqişələrə son qoymağa  və ya minimuma endirilməsinə nail olmaqdır.

Layihə müddətində lazım gəldiyi təqdirdə bu cür ailələrin psixoloqla təması təmin ediləcək, mətbuat və vətəndaş cəmiyyəti nümayəndələri ailə münaqişələrinin aradan qaldırılması istiqamətində fəaliyyətə cəlb ediləcək.

Layihə Şəmkir rayonu ərazisində təşkil olunacaq.

Etikxeber.az

Read Previous

Bunlar hərbi cinayətlər hesab olunur… – XİN

Read Next

“Azərbaycanda tolerantlıq ənənələri və mədəniyyəti” mövzusunda təlimlər başa çatdı… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir