Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən deputatlığa namizəd, akademik, tanınmış ictimai-siyasi xadim Ziyad Səmədzadəyə daha bir ünlü sənətçidən dəstək gəlib.
Tanınmış sənətkar, ustad tarzən, Xalq artisti Ramiz Quliyev parlament seçkilərində Ziyad Səmədzadəni dəstəklədiyini bəyan edib.
Etikxeber.az xəbər verir ki, Ramiz Quliyev Ziyad Səmədzadəyə alternativ görmədiyini bildirib:

“Ziyad müəllimə ailəlikcə böyük hörmətimiz var. Hər birimiz onu çox istəyirik. O, ziyalıdır, ağsaqqaldır, görkəmli alimdir, tanınmış ictimai-siyasi xadimdir, xalqın adamıdır, dövlət adamıdır. Seçkilərdə də ona alternativ görümürük. Bizim namizədimiz Ziyad müəllimdir. Ailəlikcə onu dəstəkləyirik və seçkilərdə də ona səs verəcəyik. Hətta özümü onun vəkili hesab edirəm. Bu, böyük şərəfdir”-deyə, R. Quliyev əlavə edib.
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





