Ailənin 3 övladından biri, subay, 3 medallı Şəhid-ELVİN ABASOVUN ANIM MƏRASİMİ…- FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün, 21 noyabr tarixində Bakının (Şamaxının) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Elvin Səxavət oğlu Abasovun anım mərasimi keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, 1993-cü ilin 17 iyun tarixində Şamaxının Çahran kəndində dünyaya gələn Elvin Abasov ailədə 3 qardaş olublar.

1999-2010-cu illərdə Bakıda, Xətai rayonunda orta məktəbdə təhsil alıb və orta məktəbi qurtardıqdan sonra texnikuma-Kollecə-Bakı Dövlət Kollecinə daxil olub.

Sonra təhsilini yarımçıq qoyaraq, 2013-cü ilin aprelində hərbi xidmətə, Vətənin keşiyinə yollanıb.

Vətənə xidmət borcunu yerinə yetirdikdən sonra təhsilinə qaldığı yerdən davam edib.

İkinci Vətən Müharibəsi başlayan gündən isə digər Vətən sevdalıları kimi, Elvin də yerində sakit dayana bilməyib və könüllü şəkildə müharibəyə, Vətən müdafiəsinə yollanıb.

Döyüş yolu da düz bir ay, oktyabrın 9-undan noyabrın 8-inəcən çəkib.

Elvin cəbhənin Füzuli-Xocavənd istiqamətlərində döyüşüb, vuruşub və noyabrın 8-ində Xocavənd istiqamətində ağır döyüşlərdən birində qarın nahiyəsindən yaralanıb.

Ailəsinə yaralanması xəbəri üç gün sonra, noyabrın 11-ində verilib.

14 gündən sonra, noyabrın 22-sində isə dünyasını dəyişib, Şəhid olub.

Və elə həmin gün nəşi Şamaxı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən sonra İgidliyinə, Qəhrəmanlığına görə, 3 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

***

Bu gün Elvin Abasovun Şəhidliyinin bir illiyi ilə bağlı Bakının “Monte Karlo” restoranında (şadlıq sarayında) Şəhidin anım mərasimi keçiriləcək.

Mərasimdə Şəhidin və cəmi Şəhidlərin ruhuna dualar oxunacaq.

Eyni zamanda, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Mərasimdə Şəhidin adına həm də ehsan veriləcək.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

08:16

***

Şəhidin Anım mərasimi başlayıb.

Mərasimdə Şəhidin anası Bahar xanım və digər ailə üzvləri, Qubadan, Neftçaladan, Samaxıdan, Bərdədən və başqa bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, hərbçilər, ziyalılar iştirak edirlər.

Mərasim iştirakçıları bir-bir Şəhidin anası və ailə üzvlərinə yaxınlaşaraq, onlara başsağlığı verir, Allahdan səbr diləyirlər.

Mərasim davam edir.

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

ŞƏHİD ANASI…BAHAR ANA…QƏHRƏMAN ANA…

ŞƏHİD ANALARI…BAHAR ANA VƏ KƏRƏM VEYİSOVUN ANASI NƏRGİZ ANA…MƏĞRUR ANALAR…

QAZİMİZ RAMİL BƏY VƏ 1993-CÜ İLİN ŞƏHİDİ RÖVŞƏN AĞAMALIYEVİN BACISI İLHAMƏ XANIM…

ŞƏHİD ANALARI, ŞƏHİD BACISI VƏ ŞAMAXILI ŞƏHİDİMİZ YUSİF ƏLİYEVİN ANASI NATƏVAN XANIM…

10:50

***

ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN AİLƏLƏR…

ŞƏHİD AİLƏLƏRİ…ŞƏHİDİMİZ FƏXRİ QƏRİBZADƏNİN ANASI MEHPARƏ ANA…

11:08

İGİDLƏRİMİZ… VƏTƏN SEVDALILARIMIZ… QAZİLƏRİMİZ… QƏHRƏMAN ANALARIMIZ…

11:21

***

11:48

***

***

ŞƏHİDLƏRİN XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA YAD EDİLMƏSİ VƏ DÖVLƏT HİMNİNİN SƏSLƏNDİRİLMƏSİ…

Anım mərasimində çıxışlar edilib, mahnılar, İlahilər ifa olunub, Şəhid və cəmi Şəhidlərin ruhlarına bir daha dualar oxunub.

Mərasim 4 saatdan çox çəkib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Darısqal, şəraitsiz mənzildə böyüyən, Vətənini ailəsindən üstün tutan, ailənin tək və subay oğlu, 3 medallı Şəhid Ruslan Nəcəf oğlu Cəfərli-BU GÜN ONUN ƏBƏDİYƏTƏ UĞURLANMASINDAN BİR İL KEÇDİ…- FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Bu, Ermənistanın bütün məsələlərə siyasi prizmadan baxmasının, Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının daha bir bariz nümunəsidir…”-FATMA YILDIRIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir