3 övladdan, əkiz qardaşlardan biri, 3 medallı, Kiçik çavuş-ASİF ABIŞOVUN 30 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ…- FOTOLAR – YENİLƏNİB

Bu gün Bərdənin Lək kəndinin İkinci Vətən Müharibəsi Şəhidi, Kiçik çavuş, 3 medallı, ailənin 3 övladından, əkiz və subay qardaşlardan biri Asif Əlövsət oğlu Abışovun mövludu, Cənnətdəki ikinci doğum günüdür.

Asif Abışovun bu gün 30 yaşı tamam olur.

Etikxeber.az xəbər verir ki, 1992-ci ilin may ayının 16-da Bərdənin Lək kəndində sadə bir ailədə anadan olan Asif Abışovun Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün mərasim düzənlənib.

Mərasimdən öncə Şəhidin Lək qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarətdən sonra Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Ziyarət və mərasimdə Şəhidin valideynləri-anası İsbət xanım, atası Əlövsət kişi, əkiz qardaşı və bacısı, yaxınları, Lək kənd sakinləri, Bərdəli, Goranboylu Şəhid ailələri, Qazilər, hərbçilər, Bərdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri və digəlrləri işrirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Bir daha Şəhidin və Şəhidlərin ruhuna dualar edilib, bir daha Asif Abışovun ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci ad günü təbrik edilib.

Ailə üzvləri də öz növbəsində mərasim iştirakçılarına onları belə bir gündə tək buraxmadıqları üçün minnətdarlıqlarını bildiriblər.

Ziyarət və mərasim 4 saatdan çox davam edib.

***

Günorta saatlarında isə Şəhidin ailəsini ziyarət etdim, onlara baş çəkdim.

Onlara bir daha başsağlığı verdim, bir daha “Asif Abışovun məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü mübarək olsun! Ruhu qarşısında baş əyirəm, baş əyirk!”-dedim.

Şəhidimizin ailəsi ilə söhbətləşdim, dərdləşdim və bir daha başsağlığı verərək, onlardan ayrıldım.

Nur içində yatsın!

Məqamı Ucalardan-uca, mövludu mübarək olsun!

17:55

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Son iki il iki ayda ilk dəfə olaraq-YOLUXMA VƏ ÖLÜM FAKTI QEYDƏ ALINMADI

Read Next

“Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır”-ŞENTOP – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir