Ailənin 3 övladından, əkiz qardaşlardan biri-Şəhid Əli Tağıyev: BU GÜN ONUN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 25 YAŞI TAMAM OLUR – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Bakının Səbail rayonunun (həm də İmişlinin) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Aydın oğlu Tağıyevin Cənnətdəki ikinci doğum günü ilə bağlı Badamdar qəbiristanlığının Şəhidlər məzarlığındakı məzarı ziyarət olunub.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib.

Etikxeber.az-ın xəbərinə görə, 1997-ci ilin avqust ayının 7-də sadə bir ailədə dünyaya gələn Əli Tağıyevin səhər saatlarında məzarı ziyarət olunduqdan sonra “20-ci sahə” adlanan ərazidə yerləşən “Xəzər” kafesində Cənnətdəki ikinci doğum günü ilə bağlı mərasim başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə bir daha Şəhidin ruhuna dualar oxunub, bir daha ailəsinə Allahdan səbr və dözüm arzulanıb, bir daha Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Qeyd edək ki, Əligil ailədə 3 uşaq, 3 qardaş olublar.

Əli ilə həm də Məhəmməd adlı qardaşı əkiz olublar.

Əli İkinci Vətən Müharibəsi zamanı könüllü olaraq, döyüşlərə atılıb.

Sentyabrın 29-dan Şəhidliyinə qədər Füzuli, Cəbrayılı Hadrut istiqamətlərində döyüşüb.

Və Hadrut istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 13-də Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Əli həm də subay olub.

Məzarını ziyarətdə və Cənnətdəki ikinci ad günü ilə bağlı mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Səbaildən olan Şəhid ailələri, İcra başçısı Vüqar Zeynalov başda olmaqla Səbail rayon İcra Hakimiyyətinin rəhbərliyi, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının rəhbərliyi və bəzi üzvləri, din xadimləri, Qazilər və digər şəxslər iştirak ediblər.

Məkanı Cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci doğum günü, 25 yaşı mübarək olsun!

Nur içində uyusun!

14:40

***

FOTOLAR:

15:00

***

15:10

***

ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ VƏ…

15:22

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dünyada peşəkar jurnalistika standartları gerçək hədəf və mahiyyətindən uzaqdır-ƏFLATUN AMAŞOV YAZDI

Read Next

COVID-ə görə hərbçilərin valideynləri ilə görüşləri-MƏHDUDLAŞDIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir