Ailənin 3 övladından biri, ali təhsilli, subay-ŞUŞA FATEHİ VÜSAL TEYMUROVUN ANIM GÜNÜDÜR – MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ – FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan ali təhsilli, ailənin 3 övladından biri Vüsal Zakir oğlu Teymurovun Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bir il öncə-bu gün, 13 noyabr tarixində Vüsal Teymurovun nəşi Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, 1991-ci ilin martın 4-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində anadan olan Vüsal Teymurov İkinci Vətən Müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib.

Döyüş yolu uzun olub.

Füzuli, Cəbrayıl, Xocavənd, Zəngilan, Qubadlı Şuşa istiqamətlərində döyüşüb, vuruşub.

Vüsal Teymurov İkinci Vətən Müharibəsinin başa çatmasına cəmi iki gün qalmış, Şuşa işğaldan azad olunan gün, noyabrın 8-də Şuşada qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 5 gün sonra, noyabrın 13-də Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra İgidliyinə, Qəhrəmanlığına görə, bir neçə medalla təltif olunub.

Vüsal həm də subay olub…

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında Vüsal Teymurovun məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq, çıxışlar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Səbaildən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Səbail rayon rəhbərliyi və başqa şəxslər iştirak edəcəklər.

Təxminən bir saat davam edəcək ziyarətdən sonra Badamdar qəsəbəsindəki “Gəlin Qaya” restoranında anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Anım mərasimində Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, bir daha Şəhidin ruhuna dualar ediləcək.

00:00

***

Bu gün səhər saatlarında Şəhidin məzarı ziyarət olunub.

Ziyarət təxminən bir saat çəkib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Səbaildən və dogər bölgələrdən olan Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilər, Səbail rayon rəhbərliyi və başqaları iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib.

Şəhidin və cəmi Şəhidlərinin tarixi Qələbə və Zəfərimizdəki xidmətlərindən bəhs olunub.

Şəhidin ailəsinə başsağlığı verilib, onlara Allahdan səbr dilənilib.

Ziyarətdən sonra “Gəlin Qaya” restoranında Anım mərasimi başlayıb, Şəhidin adına ehsan süfrəsi açılıb.

11:40

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…ANA-ANALAR YANAR, AĞLAR…

12:03

***

VƏ ANIM MƏRASİMİ…

DÖVLƏT HİMİNİNİN OXUNMASI, ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİN BİR DƏQİQƏLİK SÜKUTLA ANILMASI…

ŞƏHİD ANALARI…QƏHRƏMAN ANALAR…

QAZİLƏRİMİZ…

ŞƏHİD ATALARI…QƏHRƏMAN ATALAR…

***

İGİDLƏRİMİZ…

ŞƏHİD ANALARI…CƏNNƏT ANALAR…

12:52

***

ŞƏHİD ANASI… NAHİDƏ ANA VƏ ŞƏHİD BACISI…

DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:05

***

VƏTƏN SEVDALILARIMIZ…

13:30

***

13:55

***

14:01

***

ŞƏHİD ATASI VƏ QAZİMİZ…

GƏNC, SEVİLƏN İFAÇILAR…GÜNEL XANIM VƏ MİRƏLƏM BƏY…VƏ DUYĞULU ANLAR…

***

Məqamı Uca, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Şuşa şəhəri yaxınlığında törədilmiş terrakt nəticəsində-3 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB – (1)

Read Next

Xəzərdə qanunsuz nərə balığı ovu ilə məşğul olan-20 NƏFƏR SAXLANILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir