Ailənin 3 övladından biri, MAXE Ərəstun Xıdırov və evin tək oğlu, əsgər Elmin Əlizadənin Cənnətdəki ad günlərdir: BU GÜN ƏRƏSTUN XIDIROVUN 24, ELMİN ƏLİZADƏNİN İSƏ 19 YAŞI TAMAM OLUR… – FOTOLAR

Bu gün daha iki Şəhidin doğum günüdür.

İkinci Vətən Müharibəsi Şəhidi-Bərdəli Ərəstun Arif oğlu Xıdırov və 16 noyabr 2021-ci il tarixində Vətən yolunda canını fəda edən 7 Şəhiddən biri- Mingəçevirli (əslən Ağdamlı) Elmin Samir oğlu Əlizadənin.

Bu gün, 18 mart tarixində Ərəstun Xıdırovun 24, Elmin Əlizadənin isə 19 yaşı tamam olur.

Ərəstun Xıdırovun Cənnətdəki ikinci, Elmin Əlizadənin Cənnətdəki ilk ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, MAXE Ərəstun Xıdırov 1998-ci ilin mart ayının 18-də Bərdədə, sadə bir ailədə dünyaya gəlib.

Ailənin 3 övladından biri olub.

İkinci Vətən Müharibəsindən cəmi  bir ay öncə MAXE kimi fəaliyyətə başlayıb.

Və İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə yüksəlib.

Oktyabrın 16-da nəşi Bərdəyə gətirilərək, Şəhidlər Xiyabanında dəfn olunub…

Şəhidliyindən sonra iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Ərəstun həm də subay olub.

Cənnətdəki ikinci ad günü ilə bağlı bu gün səhər 10:00-da Şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq, məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarətdən sonra “Leyli” şadlq sarayında Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim düzənlənəcək, adına ehsan veriləcək.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, ruhuna bir daha dualar oxunacaq, dini mahnılar, İlahilər səsləndiriləcək, çıxışlar ediləcək.

***

Cəmi 8 ayın Əsgəri olan Elmin Samir oğlu Əlizadə isə 2003-cü ilin mart ayının 18-də anadan olub.

Ailənin iki övladından biri, evin tək oğlu olub.

2021-ci ilin noyabr ayının 16-da Ermənistanın növbəti təxribatı nəticəsində Laçın istiqamətində baş vermiş döyüşlər zamanı Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

Elmin də subay olub.

Cənnətdəki ilk ad günü, 19 yaşının tamamı ilə bağlı bu gün saat 11:00-da Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət ediləcək.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları Mingəçevirli Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Sonra Şəhidin “QRES” qəsəbəsindəki ev-muzeyi ilə tanışlıq olacaq.

Daha sonra “Tural” şadlıq sarayında Şəhidin Cənnətdəki ilk ad günü ilə bağlı mərasim keçiriləcək, adına ehsan süfrəsi açılacaq.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq, Dövlət himni səsləndiriləcək, çıxışlar ediləcək.

Allah hər iki Şəhidin məkanını cənnətlik, məqamını Uca, Cənnətdəki doğum günlərini mübarək etsin!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Avropa Şurası Belarusla-ƏMƏKDAŞLIĞI DAYANDIRDI

Read Next

Daha 112 yeni yoluxma-DAHA 6 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir