Ailənin 3 övladından biri olan-“AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ-ŞƏHİD İZZƏT HƏMİDOVUN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 23 YAŞI TAMAM OLUR – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün İkinci Vətən Müharibəsi Şəhidlərindən olan İzzət Rövşən oğlu Həmidovun doğum günüdür.

İzzət Həmidovun bu gün 23 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, İzzət Həmidov 2000-ci ilin fevral ayının 28-də Sumqayıt şəhərində dünyaya gəlib.

Ailənin 3 övladından, 3 qardaşdan biri olub.

Anası Vəfa xanım onlara həm analıq, həm də atalıq edib.

İkinci Vətən Müharibəsi zamanı döyüşlərə Azərbaycan Ordusunun Əsgəri kimi qatılıb.

Və 2020-ci ilin oktyabr ayının 9-da Füzuli (Alxanlı-Qaraxanbəyli) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 2 gün sonra, oktyabr ayının 11-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Anası Vəfa İsmayılovanın mətbuata dediklərindən:

“…Dostlarına deyirmiş ki, mən şəhid olacam. Mən tək oğlumu itirməmişəm, həm də dostumu, sirdaşımı itirmişəm, hər şeyimi itirmişəm. Əsgərliyə gedəndən sonra iki dəfə gördüm onu – bir andiçməsində, bir də fevralın 28-i ad günündə. Son görüşüm o oldu. 10 ay görmədim, həsrət qalmışdım balama. Füzulidə şəhid oldu. Komandiri zəng edib dedi ki, “İzzət qorxmurdu, çox mərd idi”…”

İzzət Həmidov Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Sumqayıt şəhərinin küçələrindən birinə Onun adı verilib.

O, həm də subay olub.

00:02

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyarət olunub.

Sonra anasının-ailəsinin yaşadığı mənzildə mərasim düzənlənib, adına ehsan süfrəsi açılıb.

Ruhuna dualar oxunub, Cənnətdəki üçüncü doğum günü təbrik edilib, anasına, ailəsinə Allahdan bir daha səbr və dözüm arzulanıb.

Mərasim-ehsan süfrəsində Sumqayıtdan, Bərdədən, Samuxdan, Bakıdan olan Şəhid ailələri, Qazilər, Şəhidin ailə üzvləri və yaxınları iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü, 23 yaşı mübarək olsun!

Nur içində yatsın!

19:00

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Tək övladlarını Şəhid vermiş analar…Sumqayıtlı Rüfət Müstafayevin anası Afət xanım və Bərdəli Elməddin Hüseynzadənin anası Arzu xanım…DƏRDİN VƏ QÜRURUN DOĞMALAŞDIRDIĞI ANALAR… – FOTOLAR – YENİLƏNİB

Read Next

“Rusiya artıq Ukraynanın böyük ərazilərini ələ keçirə bilməyəcək”-ABŞ MÜDAFİƏ NAZİRLİYİNİN RƏSMİSİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir