Bir il keçdi: Subay, 3 medallı-MAXE CALAL CALALZADƏNİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün, 3 oktyabr tarixi Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Calal Qaryağdı oğlu Calalzadənin torpağa tapşırıldığı gündür.

Bərdənin ucqar Mustafaağalı kəndindən və Tərtər-Ağdərə istiqamətində Şəhid olan Calal Qaryağdı oğlu Calalzadənin Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bu gün Şəhidimizin anım günüdür.

Etikxeber.az xəbər verir ki, 1993-cü ilin oktyabrın 17-də anadan olan Calal Calalzadə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında xidmət edib, xidmətini başa vurduqadan az sonra həyatı yenidən Ordu ilə bağlayıb, MAXE olub.

Aprel döyüşlərinin, İyul hadisələrinin iştirakçılarından olub, İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə istiqamətində döyüşlərə atılıb…

Və döyüşlərin ilk günündə Şəhid olub, oktyabrın 3-də isə nəşi Mustafaağalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra 3  medalla təltif olunub.

***

Bu gün torpağa tapşırılmasının bir illiyi ilə bağlı Şəhidin anım mərasimi keçiriləcək.

Mərasimdən öncə Şəhidin məzarı ziyarət olunacaq, ruhuna dualar edəcək.

Mərasimdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə anım mərasimi başlayacaq və ehsan süfrəsi açılacaq.

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakınləri, Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Allah məkanını cənnətlik və nurlu etsin!

Ruhu qarşısında baş əyirik!

00:00

***

Saat 08:50…

Hazırda Mustafaagalı kəndində, Şəhidimiz Calal Calalzadəgildəyəm…

Ailəsinə, yaxınlarına bir daha başsağlığı verir, onlara Allahdan səbr diləyir, “Şəhidimizin məkanı cənnətlik olsun!”-deyirəm…

Və Şəhidimizin anım mərasimə son hazırlıq işləri görülür…

Bir azdan da məzarının ziyarəti olacaq…

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar oxunacaq…

Sonra 11-12 radələrində isə Şəhidimizin ata ocağında anım mərasimi başlayacaq…

Adına ehsan veriləcək…

Ziyarət və mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, Şəhid ailələri iştirak edəcəklər…

Şəhid Anası…ŞƏHİD ANA…

09:30

***

MUSTAFAAĞALI YOXSA CALALLI?

Yeri gəlmişkən, Şəhidin ailəsi, Şəhidin anası Zəminə xanım Mustafaağalı kəndinin adının dəyişdirilməsini və kəndə Şəhidin adının verilməsini arzulayır və istəyirlər…

İstəyirlər ki, kəndin adı dəyişdirilərək, Calallı adlandırılsın…

Hətta bununla bağlı müvafiq qurumlara da müraciət ediblər və müraciətlərinə müsbət cavab veriləcəyi günü səbirsizliklə, ümidlə gözləyirlər…

09:55

***

Saat 10:20…

Mustafaağalı qəbiristanlığı…

Şəhidin uyuduğu müqəddəs məkan…

Və Şəhidimizin məzarının ziyarəti başlayır…

Şəhidin anası, ailə üzvləri, qohumları, kənd sakinləri, Şəhid ailələri, hərbçilər, Qazilər, məktəblilələr Şəhidin məzarını… ziyarət edirlər…

Şəhidin məzarı üzərinə gül dəstələri düzülür, əklillər qoyulur, ağılar deyilir, ruhuna dualar oxunur…

Çox kövrək, çox təsirli anlar yaşanır…

Göz yaşları selə dönür…

Sözün bitdiyi yer yenə…

Sonra Şəhidin hərbçi-döyüşçü yoldaşları Şəhid anasına, Şəhid ailəsinə başsağlığı verir, səbr diləyirlər…

Məktəblillər Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirirlər…

Və ziyarət təxminən bir saat yarım davam edir…

12:10

***

Daha sonra Şəhidin yaşadığı evdə anım mərasimi başlayır, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunur…

Calal Calalzadənin, cəmi Şəhidlərin ruhlarına bir daha dualar edilir…

Sonda Şəhidin adına ehsan verilir…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Suqovuşan kəndinin işğaldan azad edilməsinidən-1 İL ÖTÜR

Read Next

Qar yağacaq-SABAH…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir