Ailənin 3 övladından biri, subay, Gizir, Aprel döyüşlərinin və İkinci Vətən Müharibəsinin iştirakçısı-ELVİN CƏFƏRZADƏNİN ŞƏHİDLİK HAQQI TANINACAQMI? – FOTOLAR

Elvin Ramiz oğlu Cəfərzadə…

8 noyabr 1996-cı il, Bərdə (Köbər) doğumlu…

Ailənin 3 övladından, 3 qardaşdan biri və evin kiçik oğlu, sonbeşiyi…

İkinci Vətən Müharibəsinin iştirakçılarından, Qəhrəman Bərdəlilərdən, Vətən Sevdalılarından biri…

Hərbi polis-taqım komandiri, Gizir

Elvin orta məktəbi qurtardlqdan sonra hərbi xidmətə, Vətənin keşiyinə yola düşüb…

Və hərbi xidmətdə olarkən, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib…

Sonra həyatını yenidən hərblə bağlayıb….

Və hərbi polis-taqım komandiri, peşəkar hərbçi, Gizir kimi İkinci Vətən Müharibəsində işirak edib…

Tərtət-Ağdərə istiqamətlərində, Suqovuşan Talışda olub…

Ölümlərdən dönüb…

İkinci Vətən Müharibəsindən az bir müddət sonra, 2021-ci ilin yanvarın 24-də isə Ağdamda postu dəyişərkən ürəktutmasından, cəmi 25 yaşında dünyasını dəyişib…

Nəşi, tabutu üç rəngli bayrağımıza bürünərək, yüzlərlə, minlərlə hərbçinin, iş yoldaşlarının iştirakı ilə Mirzəxanlı kənd qəbiristanlığında dəfn olunub…

Ali Baş Komandan tərəfindən “İgidliyə görə” medalı ilə təltif olunub…

Elvin həm də subay olub…

Eyni zamanda, Elvinin digər-hərbçi, Baş leytenant olan qardaşı Sənan da İkinci Vətən Müharibəsində uzun və şərəfli döyüş yolu keçib…

Füzulidən Şuşayacan döyüşlərdə iştirak edib…

“Füzulinin azad olunmasına görə”“Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub…

İgid, Qəhrəman qardaşlar…

Allah Elvinin məkanını cənnətlik etsin, hazırda da ön xətdə, Şuşada olan hərbçi-Baş leytenant qardaşına-Sənana kömək olsun!

***

Qeyd edim ki, Elvinin məhz xidməti vəzifəsini yetirə yetirərkən dünyasını dəyişməsindən bir ildən çox zaman keçməsinə baxmayaraq, onun Haqqı olan Şəhidlik statusu tanınmayıb, ona Şəhidlik statusu verilməyib…

Bu isə Şəhidin ailəsini, anası Şərqiyyə xanımı çox üzür, çox incidir…

Şəhidin ailəsi bu haqsızlıqla barışa bilmir…

Dəfərlərlə aidiyyatı orqanlara və şəxslərə müraciət edilməsinə, hətta Bakıda bir sıra şəxslərlə görüşülməsinə baxmayaraq, Elvin Cəfərzadənin Şəhidlik statusu məsələsi öz həllini tapmır ki, tapmır…

Şəhidin ailəsi, gözləri yaşlı, ürəyi dərdli anası Şərqiyyə xanım isə artıq bu haqsızlığın, bu ədalətsizliyin bir an-tezliklə aradan qaldırılmasını, Elvinin Şəhidlik Haqqının tanımasını istəyir…

Bəli, artıq haqsızlığa, ədalətsizliyə, biganəliyə son qoyulmalı, Elvin Cəfərzadənin Şəhidlik Haqqı verilməlidir.

Şəhidlik onun Haqqıdır və Haqqı da tanınmalıdır!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun hərbçisi avtomobil qəzasında həlak oldu-MN MƏLUMAT YAYDI

Read Next

Rusiya ordusu Zaporojye AES-i vurdu, yanğın baş verdi-ZELENSKİ AVROPA LİDERLƏRİNƏ, BAYDEN RUSİYAYA SƏSLƏNDİ – YANĞIN SÖNDÜRÜLDÜ, BAEA BƏYANAT YAYDI – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir