Ailənin 3 övladından biri, subay, MAXE, 3 medallı-ŞƏHİD PƏRVİZ BALABƏYOVUN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ: 35 YAŞI TAMAM OLDU, MƏRASİM KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün Hacıqabulun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Pərviz Tofiq oğlu Balabəyovun yubiley doğum günüdür.

Pərviz Balabəyovun bu gün 35 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, 35 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Şəhidin Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları və digər şəxslər iştirak ediblər.

Ziyarətdən sonra “Qədir-Xum” restoranında Şəhidin Cənnətdəki ikinci ad günü ilə bağlı mərasim başlayıb.

Saat 11:30-da başlayan mərasimdə Şəhidin adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, bir daha Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.

Eyni zamanda, çıxışlar edilib, Şəhidin Cənnətdəki ikinci doğum günü təbrik olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Mərasimdə həmçinin dini mahnılar, İlahilər, Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Mərasimdə Şəhidin ailə üzvləri, yaxınları, Hacıqabullu və Şirvanlı Şəhid ailələri, Qazilər, hərbçilər, Hacıqabul rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri və digərləri iştirak ediblər.

Qeyd edək ki, Pərviz Balabəyov 1987-ci ilin iyun ayının 14-də Hacıqabulda sadə bir ailədə dünyaya gəlib.

Ailədə 3 uşaq-2 qardaş və 1 bacı olublar.

Atalarını illər öncə itiriblər.

Anaları Səbirə xanım onlara həm analıq, həm də atalıq edib.

Pərviz həm də subay olub.

Aprel döyüşlərinin iştirakçılarından olan Pərviz İkinci Vətən Müharibəsində də MAXE kimi iştirak edib.

İkinci Vətən Müharibəsinin ilk dəqiqələrindən  Füzuli-Cəbrayıl uğrunda döyüşlərə atılıb və elə döyüşlərin ilk günündə-Cəbrayıl istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Ailəsinə həmin gün-axşam 10-nun yarısı radələrində Pərvizin Şəhid olduğu bildirilib, 28-nə keçən gecə, təxminən 00:30-da isə nəşi Hacıqabula gətirilib.

Oktyabrın 28-də nəşi rayon qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra 3 medalla təltif olunub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 35 yaşı mübarək olsun!

Nur içində yatsın!

11:45

***

FOTOLAR:

12:02

***

12:35

***

12:41

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Qələbələr xalqımıza yaraşır, həm döyüş meydanında, həm idman arenalarında…Əminəm ki, Azərbaycan idmançıları bundan sonra da beynəlxalq yarışlarda Vətənimizi ləyaqətlə təmsil edəcəklər”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Read Next

Azərbaycanda Milli Qurtuluş Günü-QEYD OLUNUR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir