“Bizimlə axırncı dəfə oktyabrın 30-da danışdı, ondan sonra Ülvi ilə əlaqə saxlamaq mümkün olmadı…”-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ÜLVİ HƏSƏNOVUN ANASI KƏMALƏ HƏSƏNOVA – FOTOLAR

Daha bir Şəhid ailəsində oldum…

Daha bir Şəhid ailəsini yenidən, ikinci dəfə ziyarət etdim…

Mingəçevirli İkinci Vətən Müharibəsi Şəhidi Ülvi Natiq oğlu Həsənovun ocağına, ailəsinə baş çəkdim…

Qeyd edim ki, hələ bir il 8 ay öncə, 2021-ci ilin dekabr ayının 29-da Şəhidin ocağında, adını daşıyan “Şəhidlər bulağı”nın açılışında olmuşdum…

Ziyarət zamanı ailəsinə-valideynlərinə – anası Kəmalə xanıma, atası Natiq Həsənova bir daha Allahdan səbr və dözüm arzuladım…

Bir daha Şəhidimizin “Məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…

Bir daha Şəhidimizin ruhu qarşısında baş əydiyimi bildirdim…

Şəhidimizin valideynləri ilə bir daha söhbətləşdim, dərdləşdim…

Onu da qeyd edim ki, Şəhidimizin atası özü Birinci Qarabağ Savaşının iştirakçısı olub…

Birinci Vətən Müharibəsi zamanı 27 yaşlı subay dayısı oğlunu, sinif yoldaşını-Namaz Yunusovu itirib…

Dayısı oğlu və sinif yoldaşı 1993-cü ildə itkin düşüb-Şəhid olub, məzarsız Şəhidlərimizdəndir…

Ziyarət zamanı həm də Şəhidimizin anası Kəmalə xanıma-Kəmalə Faiq qızı Həsənovaya Qubalı Şəhid anası Tünzalə Abduləlimovanın rəhbəri olduğu “Vətən Naminə” Şəhid ailələrinə Dəstək İctimai Birliyinin təsis etdiyi “Şəhid anası” medalyonunu və vəsiqəsini təqdim etdim…

Kəmalə xanım isə öz növbəsində “Vətən Naminə” təşkilatına və təşkilatın rəhbəri-Şəhid anası Tünzalə xanıma minnətdarlığını ifadə etdim…

Yeri gəlmişkən, Ülvi Həsənov 2001-ci ilin dekabr ayının 31-də Mingəçevir şəhərinin Mingəçevir kəndində, sadə bir ailədə dünyaya gəlib…

Ailənin 4 övladından, iki qardaşdan biri olub…

Bacılarından biri hazırda ailəlidir…

2019-cu ildə orta məktəbi bitirdikdən sonra Ağdam Dövlət Sosial-İqtisadi Kollecinə daxil olub…

18 yaşını başa vurduğu üçün 2020-ci ilin yanvar ayında təhsilini yarımçıq qoyub həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb…

Ağcabədi Beyləqan istiqamətlərində yerləşən hərbi hissələrdə qulluq edib…

Və Azərbaycan Ordusunun-8 ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…

Füzuli, Xocavənd, Şuşa istiqamətlərində döyüşüb…

Axırıncı dəfə ailəsi ilə oktyabrın 30-da danışıb, ondan sonra Ülvi ilə əlaqə saxlamaq mümkün olmayıb…

Və İkinci Vətən Müharibəsinin başa çatmasına, Qələbə və Zəfərimizə iki gün qalmış, noyabrın 8-də Şuşada Şəhidlik məqamına ucalıb…

Ancaq ailəsinə Şəhidlik xəbəri ayın 11-də verilib və noyabrın 12-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 5 medalla-“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”“İgidliyə görə” medalları ilə təltif olunub…

O, həm də subay olub…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Hikmət Hacıyev “The New York Times” nəşrinə-AÇIQ MƏKTUB ÜNVANLADI

Read Next

“Sosial şəbəkələrdə Azərbaycan Silahlı Qüvvələri ilə bağlı videomateriallar yaymaq ciddi hüquqi məsuliyyət yaradır”-DTX

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir