Ailənin 5 övladından biri olan, bacısı və atasını vaxtsız itirən, cəmi 24 yaşında Şəhidlik məqamına ucalan, bir övladı-Mərdi Vətənə əmanət qalan-QƏLƏBƏLİ TALEH QADİR OĞLU ŞİRİNOV… – FOTOLAR

Bu gün daha bir Şəhid anası ilə görüşdüm, tanış oldum…

Nur üzlü Şəhidimiz, Vətənini ailəsindən, 2 aylıq körpəsindən üstün tutan, canını Qarabağın işğaldan azad olunması yolunda fəda edən Qəbələli Tale Qadir oğlu Şirinovun anası Brilyant xanımla Kürdəmirin Birinci Qarabağ Savaşı Şəhidlərindən olan Yaşar Seyidovun Anım günündə, Əbədiyyətə uğurlanmasının 29-cu ilində bir araya gəldim…

Şəhidimizin ailəsinə, anasına Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Şəhidimizin anası-övlad itkisindən, övlad acısından saçları vaxtsız ağarmış Dərdli, Yaralı Brilyant xanımla xeyli söhbətləşdim, dərdləşdim…

Onunla birlikdə Şəhidimizin qısa, lakin şərəfli həyat və döyüş yoluna ekskurs etdim…

Hər anı, hər saniyəsi örnək olacaq, Qürur duyulacaq, Fəxr ediləcək bir Ömür yolu, bir Şəhid Ömrü…

Bu yerdə qeyd edim ki, Tale 1996-cl ilin noyabr ayının 21-də Qəbələ rayonunun Çuxur Qəbələ kəndində sadə bir ailədə dünyaya gəlib…

Ailənin 5 övladından, 3 qardaşdan biri olub…

2011-ci ildə İsmayıllı rayonunda yaşayan, bir övlad anası olan bacısını vaxtsız və faciləli şəkildə itirib…

İki il sonra isə ürəyi övlad, bala dərdinə dözə bilməyən atasını itirib…

Cəmi iki il içində ailəsi ilə birlikdə iki itki, iki acı, iki faciə yaşayıb…

Atasının vəfatından sonra anaları Brilyant xanım onlara həm analıq, həm də atalıq edib…

Orta məktəbi bitirdikdən sonra isə həqiqi hərbi xidmətə yollanıb və Vətənə xidmət borcunu yerinə yetirərək, evinə, ailəsinə dönüb…

Evlənib, ailə qurub…

Şəhidliyindən az öncə, 2020-ci ilin avqust ayında övladı, oğlu-Mərdi dünyaya gəlib və balasının üzünü doyunca belə görməyib…

2020-ci ilin sentyabrın 20-də işə düzəlib və cəmi bir gün sonra, ayın 21-də səfərbərliyə cəlb olunub…

Sentyabrın 27-dən isə bir Vətən sevdalısı kimi İkinci Vətən Müharibəsinə qatılıb və döyüş yolu cəmi 10 gün çəkib…

Axırıncı dəfə ailəsi, anası ilə oktyabrın 5-də danışıb…

Və cəmi bir gün sonra, sentyabrın 6-da isə Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi 2 gün sonra, oktyabrın 8-də Çuxur Qəbələ kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub…

Hazırda Qəbələ rayonundakı küçələrdən biri Onun adını daşıyır…

Allah məkanını cənnətlik, məqamını Ucalardan Uca etsin, ailəsinə, iki övlad acısı yaşayan anasına bir daha səbr və dözüm versin!

Nur içində uyusun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikeber.az

Read Previous

Daha 42 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Read Next

“Ermənistan xarici işlər nazirinin Laçın yolu ətrafında yaranmış vəziyyətin müharibə yolu ilə həll edilməsi təklifi ciddi təhdiddir…”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir