Ailənin altı övladından biri, subay, polis əməkdaşı-BƏRDƏLİ BİRİNCİ QARABAĞ SAVAŞI ŞƏHİDİ NAMİQ PAŞAYEVİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, ADINA EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB

17 mart 2025-ci il tarixində Bərdəli Birinci Qarabağ Savaşı Şəhidi Namiq Nadir oğlu Paşayevin Şəhadətinin 33-cü ildönümü, Anım Günü ilə bağlı axşam saatlarında Əliyanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-anası Sayad Paşayevaya Allahdan səbr və dözüm arzulanıb.

Şəhidin məzarını ziyarətdən sonra Əliyanlıdakı ata ocağında məclis düzənlənib, adına ehsan-iftar süfrəsi açılıb.

Bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, doğmaları, Bərdəli Şəhid ailələri, din xadimləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Namiq Paşayev 1970-cı ilin may ayının 10-da Bərdə rayonunun Əliyanlı kəndində dünyaya gəlib.

Ailənin altı övladından, dörd qardaşdan biri və evin böyük oğlu-övladı idi.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 1988-1990-cı illərdə keçmiş Sovet ordusunda-Belarusiyada və Əfqanıstanda həqiqi hərbi xidmətdə olub.

Əsgərlikdən qayıtdıqdan sonra Bərdə rayon Polis Şöbəsində polis əməkdaşı kimi çalışıb.

Birinci Qarabağ Savaşı zamanı-1992-ci ilin mart ayının 16-da isə Goranboy rayonunun Şəfəq kəndində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra-17 mart 1992-ci il tarixində Əliyanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

22 yaşında Şəhidlik məqamına ucalan Namiq Paşayev həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qarşıdakı günlərdə güclü külək əsəcək-XƏBƏRDARLIQ EDİLDİ

Read Next

Azərbaycanda Torpaq-İlaxır çərşənbəsi qeyd olunur-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir