Ailənin dörd övladından biri-AĞCABƏDİLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NURLAN QULİYEVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR…

Ağcabədi rayonunun Qaraxanlı kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nurlan Şükür oğlu Quliyevin Anım Günüdür.

Bu gün Nurlan Quliyevin Əbədiyyətə uğurlanmasından üç il keçir.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Qaraxanlı kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Şəhid ailələri, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

Ziyarət zamanı məzarı önünə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan veriləcək.

Etikxeber.az xəbər verir ki, Nurlan Quliyev 1995-ci ilin dekabr ayının 4-də (əslində isə noyabrın 11-də) Ağcabədi rayonunun Qaraxanlı kəndində sadə bir ailədə dünyaya gəlib.

Evin-ailənin dörd övladından, üç qardaşdan biri olub.

Orta məktəbi bitirdikdən, həqiqi hərbi xidmətini başa vurduqdan sonra həyatını yenidən Ordu, hərb ilə bağlayıb.

MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Qubadlı, Şuşa-Daşaltı istiqamətində döyüşüb, vuruşub.

Ailəsi, anası Zülfiyyə xanım axırıncı dəfə onunla sentyabrın 27-də danışıb, ondan sonra-Şəhidliyinə qədər Nurlanla əlaqə saxlamaq mümkün olmayıb.

Və noyabr ayının 1-də ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi gün sonra, noyabrın 5-də Qaraxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Hazırda adını daşıyan küçə var.

O, həm də nişanlı olub.

Atasını da illər öncə itirib.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Dörd bacının tək və subay qardaşı-KÜRDƏMİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏLİ MƏMMƏDOVUN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN ÜÇ İL ÖTÜR…

Read Next

Mingəçevirli Şəhid qardaşlardan Musa Həsənovun-BU GÜN ANIM GÜNÜDÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir