Ailənin dörd övladından biri, nəşi 69 gündən sonra Əbədiyyətə uğurlanan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ƏRZUMAN OSMANOVUN SABAH 35 YAŞI TAMAM OLUR…

Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ərzuman Osmanovun doğum günüdür.

Sabah-25 dekabr 2025-ci il tarixində Ərzuman Osmanovun 35 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az-ın xəbırinə görə, əslən Ağdaşlı olan Ərzuman Kamran oğlu Osmanov 1990-cı ilin dekabr ayının 25-də Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin dörd övladından biri olub.

O, həm də subay idi.

1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. 

Orta məktəbi bitirdikdən sonra həqiq hərbi xidmətə yollanıb və Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Ağır döyüşlərdən birində-oktyabrın 1-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi uzun müddət tapılmayıb, yalınız 69 gündən sonra ailəsinə təhvil verilib və 2020-ci ilin dekabr ayının 10-da, 30 yaşının tamam olmasına 15 gün qalmış Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Qardaşı və özü İkinci Vətən Müharibəsi iştirakçısı olan “Qisas” əməliyyatı Qazisi Ucal Əliyev-AĞDAMDA MƏNZİLLƏ TƏMİN OLUNDU… – FOTOLAR

Read Next

İlham Əliyev və Mehriban Əliyeva AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı-PAYLAŞIM ETDİLƏR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir