Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün həm də İkinci Vətən Müharibəsi Şəhidlərindən Şahmuraz Əyyub oğlu Hümbətzadənin Anım Günüdür.
Bərdə rayonunun İkinci Qarabağ Savaşı Şəhidlərindən olan Şahmuraz Hümbətzadənin bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından üç il keçir.
Etikxeber.az-ın xəbərinə görə, Şahmuraz Hümbətzadə 1998-ci ilin sentyabr ayının 8-də Bərdə rayonunun Cəyirli kəndində sadə bir ailədə dünyaya gəlib.
Şahmuraz Hümbətzadə ailənin 4 övladından biri, 3 bacının tək qardaşı olub.
Orta məktəbi bitirdikdən sonra Əsgərliyə yollanıb və həqiqi hərbi xidmətini başa vuraraq, yenidən evinə-ailəsinə dönüb.
Müxtəlif işlərdə çalışıb.
İkinci Vətən Müharibəsində könüllü olaraq, iştirak edib.
Və Tərtər-Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 23 oktyabr tarixində Bərdə rayon Şəhidlər Xiyabanında Əbədiyyət uğurlanıb.
Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.
O, həm də subay olub.
Məkanı cənnətlik olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





