Ailənin iki hərbçi övladından biri, subay, beş medal və bir ordenli, İkinci Vətən Müharibəsi və “Qisas” əməliyyatı iştirakçısı-BEYLƏQANLI ANTİTERROR ŞƏHİDİ BƏHRUZ RÜSTƏMLİNİN ANIM GÜNÜ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bəhruz Malik oğlu Rüstəmli…

Beyləqanlı, Qəhrəmanlılı…

İgid, Qəhrəman Azərbaycan övladı…

Vətən sevdalısı, Vətən fədaisi…

Nur üzlü Antiterror Şəhidi…

***

Şəhid Bəhruz Rüstəmli 1998-ci ilin 10 oktyabr tarixində Beyləqan rayonunun Qəhrəmanlı kəndində (qəsəbəsində) dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri olub…

Ondan üç yaş böyük və bir zamanlar Bəhruz kimi Azərbaycan Ordusunun hərbçisi olan qardaşı Mövlanın hazırda 29 yaşı var və subaydır…

Bəhruz 2004-2015-ci illərdə orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb və 2018-ci ildə Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…

Az müddət sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Baş çavuş kimi tarixi 44 günlük İkinci Vətən Müharibəsində, “Qisas” Antiterror əməliyyatlarında iştirak edib…

Və Antiterror əməliyyatı zamanı, sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi istiqamətində qəhrəmancasına Şəhid olub…

Nəşi bir gün sonra, 21 sentyabr tarixində Bahar qəsəbə qəbiristanlığında yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən əvvəl dörd medalla, Şəhidliyindən sonra isə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

25 yaşında Şəhadətə ucalan Bəhruz həm də subay idi…

***

Bu gün Şəhidin Anım Günü, Əbədiyyətə uğurlandığı gün idi…

Qeyd edim ki, Şəhidimizin Anım Günü məclisinə də anası Sevinc xanım və Beyləqanlı İkinci Vətən Müharibəsi Şəhidi Vaqif İsmayılzadənin anası Simnarə xanım təfindən dəvət olunmuşdum…

Onu da qeyd edim ki, Bəhruz Rüstəmlinin anası Sevinc xanımla da məni Simnarə xanım tanış etmişdi…

Bu gün-21 sentyabr 2024-cü il tarixində, günorta saatlarında Şəhidimizin Qəhrəmanlı kəndindəki ocağında oldum, bir saata yaxın Anım mərasimində iştirak etdim…

Şəhidimizin ailəsinə, anası Sevinc xanıma Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirəm!”-dedim…

Bir ömür boyu Şəhidlərimizə borclu olduğumu, borclu olduğumuzu söylədim…

Şəhidimizin anası ilə söhbətləşdim, dərdləşdim…

Eyni zamanda, Şəhidimizin anası, həm də Anım mərasiminə qatılan Beyləqanlı Şəhid anaları ilə xatirə fotoları çəkdirdim…

Məqamı Uca, dərgahı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Kasıb ailənin üç övladından biri, subay, altı medal və bir ordenli, peşəkar hərbçi, qardaşı Qazi, özü isə İkinci Vətən Müharibəsi və “Qisas” əməliyyatı iştirakçısı-BEYLƏQANLI ANTİTERROR ƏMƏLİYYATI ŞƏHİDİ FƏTİ FƏTİZADƏ…ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, OCAĞINDA ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Tək və Vətən fədaisi dayısının Şəhidliyinin üçüncü günündə dünyaya gələn, Həmidlilər-İsgəndərovlar ailəsinin sevinci olan-BALACA SEVİNCİN BU GÜN DOĞUM GÜNÜDÜR, 1 YAŞI TAMAM OLUR… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir