“Həmid axırıncı dəfə bizimlə oktyabrın 18-də, Şəhidliyindən bir gün öncə danışmışdı…”-“QARABAĞ” ORDENLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI HƏMİD ABBASBƏYLİNİN ANASI GÜLNARƏ ABBASBƏYLİ – FOTOLAR

Əsanəvi Xüsusi Təyinatlı, ali təhsilli, peşəkar hərbçi, Baş leytenant Həmid Cavanşir oğlu Abbasbəyli…

Azərbaycanın Qəhrəman, İgid, Vətən sevdalısı övladlarından biri…

Nur üzlü İkinci Vətən Müharibəsi Şəhidi, qanı, canı ilə Vətəninə bağlı olan, Qəhrəmanlıq dastanı yazan Vətən fədaisi…

Həmid Abbasbəyli 1991-ci ilin 17 noyabr tarixində, Azərbaycanın 20-ci əsrdə ikinci dəfə müstəqilik qazanmasından az sonra, Milli Dirçəliş Günündə, Bakı şəhərinin Binəqədi rayonunda dünyaya gəlib…

Ailənin iki övladından, iki qardaşdan biri olub…

1998-2002-ci illərdə Binəqədi rayonunda yerləşən Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbdə, 2002–2006-cı illərdə Şəki şəhər 18 saylı tam orta məktəbdə, 2006–2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb…

O, eyni zamanda, idmanın boks və qaydasız döyüş növləri ilə məşqul olub, bir sıra yarışlarda iştirak edərək nailiyyətlər qazanıb…

4 xarici dil biliyinə malik olub…

2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb…

2013-2014-cü illərdə təhsilini Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində davam etdirib…

2016-2017-ci illərdə qardaş Türkiyədə, 2017-2018-ci illərdə isə Çində xüsusi təlim kurslarında iştirak edib…

Ali təhsilini başa vurduqdan sonra cəbhə bölgəsində yerləşən və Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə tağım komandiri olaraq xidmətə başlayıb…

2015-ci ildə isə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sırasına qoşularaq hərbi xidmətini davam etdirib…

Aprel döyüşlərinin iştirakçılarından olub…

Və bir Vətən sevdalısı, peşəkar hərbçi, Baş leytenant kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən də döyüşlərə, Vətənin müdafiəsinə atılıb…

Şərəfli döyüş yolu 24 gün çəkib…

Füzulidən, Cəbrayıldan, Xocavənddən, Hadrutdan Laçınacan döyüş yolu keçib…

Həmin bölgələrin düşmən tapdağından azad olmasında iştirak edib…

İgidliklərə, Qəhrəmanlıqlara imza atıb döyüş yoldaşları ilə birlikdə…

Axırıncı dəfə ailəsi, anası Gülnarə xanımla oktyabrın 18-də danışıb…

Və oktyabrın 19-dan 20-nə keçən gecə Xocavəndin Qırmızı Bazar qəsəbəsi istiqamətində gedən qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi oktyabr ayının 24-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən öncə 3 medalla, Şəhidliyindən sonra isə 4 medalla-“Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına və ali ordenlərimizdən olan “Qarabağ” ordeninə layiq görülüb…

Həmidin 29 yaşı olsa da, 29 yaşında Şəhidlik zirvəsinə ucalsa da, subay olub…

Ömrü kimi arzuları, xəyalları da yarımçıq qalıb…

Məkanı cənnətlik, məqamı Uca, dərgahı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında ehtiramla baş əyirəm, baş əyirik!

Bütün Vətən sevdalıları, cəmi Şəhidlərimiz kimi Həmidə də olan borcumuz bitməyəcək, tükənməyəcək!

Ona, bütün Şəhidlərimizə bir ömür boyu borcluyuq və borclu qalacağıq!

Və Azərbaycan xalqı var olduqca, müstəqil Azərbaycan dövləti yaşadıqca, Həmid də, cəmi Şəhidlərimiz də var olacaq, mənən, ruhən yaşayacaqlar!

Şəhidlər ölməz, Vətən bölünməz!

Kamil HƏMZƏOĞLU (HƏMODOV)

Etikxeber.az

Read Previous

Ordumuzun mövqeləri 19 dəfə fasilələrlə atəşə tutulub-MN

Read Next

“Təəssüflər olsun ki, bu gün dünyada dövlətlərarası münasibətləri tənzimləməli olan mexanizmlər zəifləmiş, beynəlxalq hüququn aliliyinə inam azalıb…”-İLHAM ƏLİYEVDƏN AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISININ İŞTİRAKÇILARINA MÜRACİƏT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir