Ailənin iki oğlan övladından biri, bir qız övladı Vətənə əmanət qalan-AĞDAMLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ XALİD HASSANIN SABAH CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR…

Ağdam rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xalid Hassanın doğum günüdür.

Xalid Hassanın sabah 29 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü ad günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı sabah Şəhidin Quzanlı qəsəbə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, Cənnətdəki dördüncü doğum günü təbrik olunacaq.

Etikxeber.az-ın xəbərinə görə, Xalid Hassan 1995-ci ilin yanvar ayının 26-da dünyaya gəlib.

 Ailədə iki iki övlad, iki qardaş olublar.

Qardaşı kollec tələbəsidir.

Xalid Hassan orta məktəbi bitirdikdən, Əsgərliyini başa vurduqdan sonra işləyib, çalışıb.

İkinci Vətən Müharibəsində isə könüllü olaraq, iştirak edib.

25 yaşında, müharibənin sonlarına yaxın Şəhidlik məqamına ucalan Xalid Hassanın nəşi 7 noyabr tarixində Ağdam-Quzanlı qəsəbə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Ailəsi isə Xalid Hassanın həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Xalid Hassan həm də ailəli olub.

Bir övladı, Məryəm adlı qızı Vətənə əmanət qalıb.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 29 yaşı mübarək, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Ağdaşlı İkinci Vətən Müharibəsi Şəhidi Atəm Əliyevin Anım Günündə-MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

Tıxac və sıxlıq olan yollar-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir