Ailənin iki oğlan övladından biri, evin subay oğlu-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RƏŞAD NADİROVUN BU GÜN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun bu gün doğum günüdür.

Rəşad Nadirovun bu gün 24 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Rəşad Nadirov 1999-cu ilin sentyabrın 20-də Bərdədə ziyalı ailəsində dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub.

2016-cı ildə Azərbaycan Universitetinə daxil olub.

2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb.

21 yaşının tamamından bir həftə sonra, 2020-ci ilin 27 sentyabrından isə İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı qardaşı ilə birlikdə Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər.

Və 2020-ci ilin 21 oktyabr tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Qardaşı Elşad Nadirov isə yaralanıb. 

Nəşi 8 gün sonra, oktyabrın 29-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda”  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü-24 yaşı mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Polonez” və “LORA” raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə məlumatlar yalandır-MN

Read Next

Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağ iqtisadi rayonundakı bir neçə səngəri, sığınacağı və hərbi kolonlarına-DAĞIDICI ATƏŞ ZƏRBƏLƏRİ ENDİRİLDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir