Ailənin iki oğlan övladından biri idi…Əsgərlikdən bir müddət sonra həyatını yenidən hərb ilə bağladı, İkinci Vətən Müharibəsinin 22-ci günündə Şəhid oldu…Bir qız övladı Vətənə əmanət qaldı-BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNÜ OLAN NAFTALANLI FƏRİD ADIGÖZƏLOV – FOTOLAR

Naftalan şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid İlqar oğlu Adıgözəlovun doğum günüdür.

Fərid Adıgözəlovun bu gün-8 sentyabr 2026-cı il tarixində 34 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Fərid Adıgözəlov 1992-ci ilin 8 sentyabr tarixində Naftalan şəhərində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından, iki qardaşdan biri olub.

1998-2009-cu illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra, 2010-cu ildə həqiqi hərbi xidmətə yollanıb və 2012-ci ildə Əsgərliyini başa vurduqdan sonra evinə dönüb, müxtəlif sahələrdə çalışıb.

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE-çavuş kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib.

Suqovuşan-Talış kəndi istiqamətlərində döyüşüb və oktyabr ayının 18-də qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Naftalan şəhər qəbiristanlığında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və bu ilin iyununda 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, həm də ailəli olub.

Gülsurə adlı qız övladı Vətənə əmanət qalıb.

Qardaşı oğlu isə Onun-Fərid Adıgözəlovun adını daşıyır.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Etikxeber.az

Read Previous

Üç bacının tək və subay qardaşı idi…Könüllü şəkildə Vətənin müdafiəsinə atıldı və qəhrəmancasına Şəhid oldu, nəşi oktyabrın 23-də Əbədiyyətə uğurlandı-BƏRDƏLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ŞAHMURAZ HÜMBƏTZADƏNİN BU GÜN 28 YAŞI TAMAM OLUR – FOTOLAR

Read Next

Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi-PREZİDENT SƏRƏNCAM İMZALADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir