Ailənin iki oğlan övladından biri, nəşi bir ay 10 gündən sonra Əbədiyyətə uğurlanan, bu gün Cənnətdəki altıncı doğum günü olan-AĞDAŞLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜQAR ÇƏLƏBİLİ…

Ağdaş rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vüqar Fərəcullah oğlu Çələbilinin doğum günüdür.

Vüqar Cələbilinin bu gün-30 aprel 2026-cı il tarixində 33 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Vüqar Çələbili 1993-cü ilin 30 aprel tarixində Ağdaş rayonunun Nehrəxəlil kəndində (Ləki qəsəbəsində) dünyaya gəlib.

İkinci Vətən Müharibəsi zamanı uzun və şərəfli döyüş yolu keçib. 

4 noyabr 2020-ci il tarixində cəmi 27 yaşında Şuşa istiqamətində qəhrəmancasına Şəhid olan Vüar Çələbilinin nəşi bir ay 10 gündən sonra Ləki qəsəbəsində Əbədiyyətə uğurlanıb.

Vüqar Çələbili Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

O, ailənin iki övladından, iki qardaşdan biri, həm də subay olub.

Qardaşı hazırda ailəli, iki övlad-iki qız atasıdır.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

Bu yollarda yenə sıxlıq və tıxacdır-SİYAHI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir