Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bakı şəhərinin (həm də Zəngilan rayonunun) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fərid Asif oğlu Məhərrəmovun doğum günüdür.
Bu gün Fərid Məhərrəmovun 22 yaşı tamam olur və bu, Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, əslən Zəngilan rayonunun Cahangirbəyli kəndindən olan Fərid Məhərrəmov 2002-ci ilin fevral ayının 8-də Bakı şəhərində dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri olub.
O, həm də subay idi.
Məktəbdə oxuduğu illər ərzində idmanın Qaydasız döyüş növü ilə məşğul olub.
Bu idman növündə bir neçə fəxri adlar alıb.
2018-ci ildə Gürcüstanda keçirilən yarışlarda erməniyə qalib gələrək 1-ci yerə layiq görülüb
Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində bir neçə ayın Əsgəri kimi iştirak edib.
İkinci Vətən Müharibəsi zamanı Talış-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb və nəşi Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanınında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra medallarla təltif olunub.
Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 22 yaşı mübarək, ruhu şad olsun!
Ruhu qarşısında baş əyirik!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az




