Ailənin iki oğlan övladından biri, subay, 21 yaşlı İkinci Vətən Müharibəsi Şəhidi Kənan Yusibov VƏ ÖVLAD DƏRDİNƏ DÖZƏ BİLMƏYƏN, XƏRÇƏNG XƏSTƏLİYİNƏ TUTALAN VƏ 62 YAŞINDA DÜNYASINI DƏYİŞƏN ŞƏHİD ANASI MAHİRƏ ƏLİYEVA… – FOTOLAR

Oğul, bala, iki övladından birinin itkisinə, Şəhidliyinə ürəyi, səhhəti dözə bilməyən, xərçəng xəstəliyinə tutulan və bir həftə öncə-62 yaşında dünyasını dəyişən Mahirə Əliyevanın bu gün yeddi mərasimidir.

Mahirə xanım, mərhum Mahirə Əliyeva Goranboy rayonunun Səfikürd kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kənan Fehruz oğlu Yusibovun anası idi.

Mahirə Əliyeva övladının Şəhidliyindən az sonra xərçəng xəstəliyinə tutulub və üç ilə yaxın ərzində müalicə və müayinələrə baxmayaraq, bu ilin aprel ayının 12-də dünyasını dəyişib.

2020-ci ildən bu yana-son dörd ildə Yusibovlar ailəsi iki acı, iki itki yaşayıb və yaşamaqdadır.

Şəhid anası övladının uyuduğu Səfikürd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Ana və bala Cənnətdə, Haqq dünyasında bir-birinə qovuşublar.

Məkanları cənnətlik olsun!

***

Bu yerdə onu da qeyd edim ki, Kənan Yusibov 1999-cu ilin iyul ayının 10-da Goranboy rayonunun Səfikürd kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra, 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb və 2019-cu ildə Əsgərliyini başa vuraraq, yenidən evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinə az qalmış, 2020-ci ilin yayında yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

Və İkinci Vətən Müharibəsinin ilk günündə, sentyabrın 27-də Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, sentyabrın 28-də Səfikürd kənd qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Tək qardaşı isə hazırda ailəlidir.

Məqamı Uca, ruhu şad olsun!

Ruhu qarşısında baş əyirik!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qazax rayonunun 4 kəndinin qaytarılması razılaşdırılıb-RƏSMİ – YENİLƏNİB

Read Next

“Bu, dayanıqlı sülh sazişinin bağlanması yolunda mühüm addımdır”-BLİNKEN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir