Ailənin iki oğlan övladından biri, subay, peşəkar hərbçi, Gizir, orden Haqqı hələ də tanınmayan-LERİKLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VİDADİ CƏBRAYIL OĞLU CABBAROV… – FOTOLAR

Vidadi Cəbrayıl oğlu Cabbarov…

Peşəkar hərbçi, Azərbaycan Ordusunun Giziri…

İgid, Qəhrəman, Vətən sevdalısı Azərbaycan övladı…

İkinci Vətən Müharibəsi Şəhidi…

Vidadi Cabbarov 1997-ci ilin mart ayının 28-də Lerik rayonunun Piran kəndində, sadə bir ailədə dünyaya göz açıb…

Ailənin iki oğlan övladından, iki qardaşdan biri və subay olub…

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra bir müddət rayondakı müəssisələrdən birində işləyib…

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb…

Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb, sonra “Gizirlik” kursunu oxuyub, Gizir hərbi rütbəsini daşıyıb…

İkinci Vətən Müharibəsində də Azərbaycan Ordusunun Giziri kimi iştirak edib…

Döyüşüb, vuruşub, qəhrəmanlıqlara imza atıb…

Şərəfli döyüş yolu 24 gün çəkib…

Və oktyabr ayının 20-də Qubadlı istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi bir gün sonra-21 oktyabr tarixində Piran kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb…

O, həm də Piran kəndinin yeganə İkinci Vətən Müharibəsi Şəhididir…

Şəhidliyindən sonra 4 medalla təltif edilib, amma ailəsi, valideynləri övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir…

***

17 yanvar 2024-cü il tarixində Şəhidimizin ailəsi, valideynləri ilə Piran kəndində görüşdük, bir araya gəldik…

Şəhidimizin atası tərəfindən Piran kəndində tikdirilmiş “Şəhidlər” xatirə kompleksini və ocağını ziyarət etdik…

Hər zaman Şəhid ailələrinin yanında olan “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynovla Şəhidimizin valideynlərinə Allahdan səbr və dözüm arzuladıq…

“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…

Onlarla söhbətləşdik, dərdləşdik, Vidadi Cabbarov da daxil olmaqla, cəmi Şəhidlərimizlə Fəxr etdiyimizi, Qürur duyduğumuzu, bir ömür onlara borclu olduğumuzu dilə gətirdik…

Şəhidlərimizi unutmağa kimsənin Haqqı olmadığını söylədik…

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident İlham Əliyevə İctimai Dəstək səhifəsi-NƏ İŞLƏ MƏŞĞULDUR?

Read Next

Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyi tanınsın-MİLLİ MƏCLİS

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir