Ailənin iki övladından biri, 18 yaşında Şəhidlik məqamına ucalan-BƏRDƏLİ ƏLİ MƏMMƏDZADƏNİN ƏBƏDİYYƏTƏ UĞURLANMASINDAN İKİ İL KEÇDİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Turan oğlu Məmmədzadənin Anım Günüdür.

Əli Məmmədzadənin bu gün Əbədiyyətə uğurlanmasından, torpağa tapşırılmasından iki il keçir.

Düz iki il öncə-bu gün Əli Məmmədzadə doğulub boya-başa çatdığı Mirzalıbəyli kəndində torpağa tapşırılıb, Əbədiyyətə uğurlanıb.

Etikxeber.az xəbər verir ki, 2002-ci ilin fevralın 15-də Bərdənin Mirzalıbəyli kəndində-sadə bir ailədə dünyaya gələn Əli Məmmədzadə İkinci Vətən Müharibəsində Əsgər kimi iştirak edib.

Qeyd edək ki, Əli Məmmədzadə ailənin iki övladından, iki qardaşdan biri olub.

O, 5-ci sinfə qədər Bərdədə təhsil alıb.

Sonra ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb.

Ziğ qəsəbəsindəki 63 nömrəli tam orta məktəbin şagirdi olub.

Eyni anda həm məktəbi oxuyub, həm də idmana gedib.

İkinci Vətən Müharibəsindən bir müddət öncə isə hərbi xidmətə çağırılıb və müharibədə də Əsgər kimi iştirak edib.

Döyüş yolu da uzun olub.

Sentyabrın 27-dən noyabrın 7-nə, İkinci Vətən Müharibəsinin başa çatmasına 3 gün qalmışacan döyüşlərdə iştirak edib.

Və noyabrın 7-də, Şuşa uğrunda döyüşlərdə ağır yaralınıb və cəmi bir neçə gündən sonra Şəhidlik məqamına ucalıb.

Nəşi noyabrın 20-də Mirzalıbəyli kənd qəbiristanlığında dəfn edilib.

Əli Məmmədzadə Mizalıbəyli kəndinin 4 İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Şəhidliyindən sonra bir neçə medal və ordenlə təltif olunub.

Əli həm də subay idi.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Bərdənin Mirzalıbəyli kənd qəbiristanlığında Şəhidin məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, qısa çıxışlar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Bir daha ruhuna dualar oxunub, bir daha çıxışlar edilib.

Çıxışlarda Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdə, Bakı, Mingəçevir, Ağdam və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Bərdə rayon İcra Hakimiyyətinin məsul nümayəndələri və başqa şəxslər iştirak ediblər.

Məqamı Uca, məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:45

***

FOTOLAR:

13:45

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava necə-OLACAQ?

Read Next

Daha 31 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir