Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Əslən Gürcüstanlı, özü sə Bakı şəhərindən olan Antiterror Şəhidi Sahib Natiq oğlu Daşdəmirovun doğum günüdür.
Bu gün-6 may 2026-cı il tarixində Sahib Daşdəmirovun 31 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günüdür.
Etikxeber.az xəbər verir ki, 6 may 1995-ci il təvəllüdlü, ailənin iki oğlan övladından biri olan Sahib Natiq oğlu Daşdəmirovun Cənnətdəki üçüncü doğum günü ilə bağlı 6 may 2026-cı il tarixində Hərbi Memorial Məzarlıqdakı məzarı ziyarət olunub.
İzdihamlı şəkildə ziyarət zamanı ali-hərbi təhsilli, peşəkar hərbçi, Baş leytenant, ailəli Sahib Daşdəmirovun məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
“Vətən uğrunda” medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Şəhidin ruhuna dualar edilib, “Quran” oxunub.
Çıxışlar edilib.
Çıxışlarda Şəhidin cəmi 28 illik qısa, lakin şərəfli ömür, hərb və döyüş yolundan, digər Şəhidlərimiz kimi Vətən naminə fədakarlığından bəhs olunub.
Cəmi 28 yaşında, 2023-cü ilin sentyabr ayında 23 saatlıq Antiterror əməliyyatı Şəhidlik məqamına ucalan Sahib Daşdəmirovun doğmalarına, ailəsinə, vaideynlərinə-anası Sahibə xanıma və atası Natiq Daşdəmirova Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki üçüncü doğum günü təbrik olunub.
Məktəblilər tərəfindən şeirlər səsləndirilib.
Xatirə fotoları çəkdirilib.
Məzarını ziyarətdən sonra isə Hərbi Memorial Məzarlıqdakı Mərasim zalında Cənnətdəki üçüncü doğum günü ilə bağlı adına çay-ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, Şəhidlə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd edək ki,Cənnətdəki üçüncü doğum günü ilə bağlı məzarını ziyarətdə Şəhidin ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, Xətai rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının rəhbərliyi, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!
Nur içində yatsın!
12:14
***
FOTOLAR:









***




***




***





Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





