Bu gün-11 sentyabr 2023-cü il tarixində Şəki şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Səbuhi Yaşar oğlu İsgəndərlinin ocağını ziyarət etdim…
Şəhidimizin müqəddəs ocağında oldum, valideynləri-anası Gülnarə xanım və atası Yaşar İsgəndərovla bir araya gəldim…
Və qeyd edim ki, bu, Şəhidimizin valideynləri ilə ikinci görüşüm, təmasım idi…
Onlarla 2022-ci ilin iyun ayının 23-də Bak şəhərində-Şəhidimizlə bağlı Mərkəzi Zabitlər Evində təşkil olunmuş tədbirdə görüşmüş, bir araya gəlmişdim…
Şəhidimizin valideynlərinə bir daha Allahdan səbr və dözüm arzuladım…
Bir daha “Şəhidimizin məkanı cənnətlik, ruhu şad olsun!”-dedim…
Bir daha Şəhidimizin ruhu və onların qarşısında ehtiramla baş əydiyimi bildirdim…
Şəhidimizin valideynləri ilə söhbətləşdim, dərdləşdim, onlara az da olsa, təsəlli verməyə çalışdım…
Qeyd edim ki, Səbuhi 2001-ci ilin iyun ayının 25-də sadə bir ailədə dünyaya gəlib…
Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı idi…
Atası Birinci Qarabağ Savaşının iştirakçılarından olub…
2007-2018-ci illərdə Şəki şəhərində yerləşən 11, 12 və 18 saylı orta məktəblərdə oxuyub…
Orta məktəbi bitirdikdən bir il sonra-2019-cu ilin iyulun 4-də Vətənin keşiyinə, Əsgərliyə yollanıb…
Və bir il üç ayın Əsgəri kimi İkinci Vətən Müharibəsinə qatılıb…
Şərəfli döyüş yolu 25 gün çəkib…
Axırıncı dəfə ailəsi ilə oktyabrın 16-da danışıb, ondan sonra onunla əlaqə yaratmaq mümkün olmayıb…
Və oktyabrın 21-dən 22-nə keçən gecə Zəngilanda, Ağbənd-Vejnəli istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb…
Ancaq nəşini 7 gündən sonra əldə etmək mümkün olub və oktyabrın 29-da Şəki şəhərində yerləşən “Dövşan düzü” qəbiristanlığında Əbədiyyətə uğurlanıb…
Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub…
O, həm də subay olub…
Şəki şəhərində adına küçə verilib…
Məqamı Uca, dərgahı mübarək olsun!
Nur içində uyusun!
***
FOTOLAR:
















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az