Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İkinci Vətən Müharibəsi Şəhidi Kənan Sadıq oğlu Süleymanlının doğum günüdür.
Kənan Süleymanlının bu gün-30 yanvar 2025-ci il tarixində 34 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Bu gün Şəhidin Onsuz doğum günü qeyd olunur.
Etikxeber.az xəbər verir ki, əslən Qərbi Azərbaycanlı, özü isə Bakılı olan Kənan Süleymanlı 1991-ci ilin yanvar ayının 30-da dünyaya gəlib.
Ailənin iki oğlan övladından biri, evin böyük olub.
Bakı şəhərində 94 saylı tam orta məktəbdə oxuyub.
Orta məktəbi bitirdikdən sonra ali təhsilə yiyələnib, Kooperasiya Universitetini bitirib.

Leytenant hərbi rütbəsini daşıyıb.
2020-ci ilin 29 sentyabr tarixində İkinci Vətən Müharibəsinə qatılıb və noyabr ayının 9-da Xocavənd rayonu istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 12 gün sonra, 21 noyabr tarixində İkinci Fəxri Xiyabanda Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra dörd medal və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
O, həm də subay olub.
12:43
***
Bu gün-günorta saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.
Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.
Qısa çıxışlar edilib.
Şəhidin 29 illik qısa və şərəfli ömür yolundan bəhs edilib.
Ailəsinə-anası Səadət xanıma Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki beşinci doğum günü təbrik olunub.
Anası Səadət Şirəliyevanın dediklərindən:
“Hər il doğum gününü ailə daxilində qeyd edirdik…Axırıncı dəfə, 2020-ci ildə, sadəcə, bir tort almışdım…Kənan da bacısına (əmisi qızına bacı deyərdi) deyib ki, deyəsən, ad günüm anamın yadından çıxıb…Mən də dedim ki, yox, yadımdan çıxmayıb, inşallah, gələn il 30 yaşını geniş qeyd etmək istəyirəm…Nə biləydim ki, bu, balamın sonuncu doğum günü olacaq (gözləri dolur)…5 ildir ki, balamın doğum gününü onsuz, məzarı başında qeyd edirik…Bir ana üçün çox çətindir, çox dözülməzdir…” .
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü mübarək olsun!
Nur içində yatsın!
15:50
***
FOTOLAR:






Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az