Ailənin iki övladından biri, subay, 21 yaşında Şəhid olan-RƏŞAD NADİROVUN MƏZARI ZİYARƏT EDİLDİ, ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI OLDU, EHSAN-İFTAR SÜFRƏSİ AÇILDI – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşad Nadim oğlu Nadirovun abidəsinin açılışı olub.

Etikxeber.az xəbər verir ki, Rəşad Nadirov 1999-cu ilin sentyabrın 20-də Bərdədə sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından, iki qardaşdan biri olub.

2005-2016-cı illərdə orta məktəbdə oxuyub.

2016-cı ildə Azərbaycan Universitetinə daxil olub.

2 il yarım oxuduqdan sonra, təhsilini yarımçıq qoyaraq, hərbi xidmətə yollanıb.

21 yaşının tamamından bir həftə sonra, 2020-ci ilin 27 sentyabrından isə İkinci Vətən Müharibəsində iştirak edib.

İkinci Vətən Müharibəsi zamanı qardaşı ilə birlikdə Füzuli və Xocavənd istiqamətində döyüşlərdə iştirak edib, qəhrəmanlıqlar göstəriblər.

Və 2020-ci ilin 21 oktyabr tarixində, Füzuli rayonunun Gecəgözlü kəndi istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Qardaşı Elşad Nadirov isə yaralanıb. 

Nəşi 8 gün sonra, oktyabrın 29-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra “Vətən uğrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Rəşad həm də subay olub.

***

Bu gün axşam saatlarında Bərdə rayon Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, Bərdədən olan Şəhid ailələri, Qazilər və başqa şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarətdən sonra Şəhidin xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.

Açılışda Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib, çıxışlar edilib.

Çıxışlarda Rəşad Nadirovun İgidliyindən, Qəhrəmanlığından bəhs edilib, ailəsinə, əzizlərinə bir daha səbr arzulanıb.

Sonra abidənin açılışı olub.

Daha sonra “Mətin” şadlıq sarayında Şəhidin ailəsi tərəfindən iftar süfrəsi açlıb, ehsan verilib.

Nur içində yatsın!

Məqamı Uca olsun!

Allah ailəsinə səbr versin!

20:10

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ABİDƏ KOMPLEKSİNİN AÇILIŞI…

21:00

***

VƏ EHSAN-İFTAR SÜFRƏSİ…

ŞƏHİDİN AİLƏ ÜZVLƏRİ…ANASI PƏRVANƏ XANIM, ATASI NADİM KİŞİ VƏ QARDAŞ, DÖYÜŞ YOLDAŞI ELŞAD…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

42 yeni yoluxma-ÖLÜM FAKTI QEYD ALINMAYIB…

Read Next

“Beş ölkə təminat verməlidir…”-ZELENSKİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir