Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Həm Bakılı, həm də Masallılı Antiterror Şəhidi Mikayıl Vüqar oğlu Həmidlinin doğum günüdür.
Mikayıl Həmidlinin sabah-28 dekabr 2024-cü il tarixində 26 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.
Sabah Şəhidin Onsuz ikinci doğum günü qeyd ediləcək, xatirəsi anılacaq.
Etikxeber.az xəbər verir ki, Mikayıl Həmidli 28 dekabr 1998-ci il tarixində Masallı rayonunun Ərkivan kəndində dünyaya gəlib.
Ailənin iki övladından biri, evin tək oğlu və tək bacının tək qardaşı olub.
2003-cü ilin noyabr ayında ailəsi ilə birlikdə Rusiya Federasiyasının Verhnyaya Pışma şəhərinə köçüb və 2005-ci ildə həmin şəhərdə təhsilə başlayıb.
2006-cı ildə ailəsi ilə birlikdə yenidən Azərbaycana qayıdıb və həmin ildən Bakı şəhərində yerləşən 83 nömrəli məktəb-liseydə təhsilini davam etdirib.
2017-ci ildə həqiqi hərbi xidmətə yollanan Mikayıl Həmidli 2018-ci ilin avqust ayından müddətdən artıq xidmət edən hərbi qulluqçu-MAXE kimi Vətənə xidmət etməyə başlayıb.
2020-ci ildə Gizir, 3 fevral 2023-cü ildə isə Kiçik leytenant hərbi rütbələrinə layiq görülüb.
İkinci Qarabağ müharibəsində iştirak edib, Suqovuşan, Talış, Füzuli istiqamətlərində gedən döyüşlərə qatılıb.
İkinci Vətən Müharibəsindən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
19-20 sentyabr 2023-ci il tarixində həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı zamanı Papravənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 20 sentyabr 2023-cü il tarixində İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Şəhidliyindən az öncə Leyla adlı qızla ailə həyatı qurub və Şəhidliyindən bir ay sonra Davud adlı oğlan övladı dünyaya gəlib.
Davudu ailəsinə, Vətənə əmanət qalıb.
Onu da qeyd edək ki, sabah-28 dekabr 2024-cü il tarixində, səhər saatlarında İkinci Şəhidlər Xiyabanında Şəhidin məzarı ziyarət olunacaq.
Məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanında yerləşən Mərasim evində Şəhidin Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənəcək, adına say-ehsan süfrəsi açılacaq.
Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 26 yaşı mübarək olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az