Səmid Xoşbəxt oğlu Əliyev…
İkinci Vətən Müharibəsi Şəhidi…
Vətən sevdalısı, İgid, Qəhrəman Vətən fədaisi…
Əslən İsmayıllıdan olan Səmid Əliyev 1998-ci ilin iyun ayının 5-də Sumqayıt şəhərində (Corat qəsəbəsində) sadə bir ailə dünyaya gəlib…
Ailənin dörd övladından biri, evin tək oğlu, üç bacının tək qardaşı olub…
Həm də evin-ailənin sonbeşiyi idi…
Kiçik bacısı ilə arasında 13 yaş fərqi vardı…
Səmid orta məktəbi bitirdikdən bir müddət sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb…
2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlb olunub…
27 sentyabr tarixindən isə İkinci Vətən Müharibəsinə qatılıb…
Və müharibənin 5-ci günündə, oktyabrın 1-də Füzuli istiqamətində Şəhidlik məqamına ucalıb…
Nəşi də elə həmin gün, oktyabrın 1-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb…
Şəhidliyindən sonra isə iki medalla-“Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təlif olunub…
22 yaşına Şəhidlik məqamına ucalan Şəhidimiz həm də nişanlı olub…
Bəyliyi ağ kəfəni olub…
Ömrü kimi xəyalları, arzuları da yarımçıq qalıb…
***
Bu gün Sumqayıtlı İkinci Vətən Müharibəsi Şəhidləri-ailənin tək övladları-Rüfət Mustafayevlə Abdulla Əhmədovun Cənnətdəki üçüncü doğum günü mərasimində Şəhidimizin anası Əsmər xanımla tanış oldum…
Onunla qısa da olsa, söhbətləşdim, dərdləşdim…
Şəhidimizin anasına, ailəsinə Allahdan səbr və dözüm arzuladım, “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca olsun!”-dedim…
Şəhidimizin ruhu qarşısında baş əydiyimi bildirdim…
Ruhu şad olsun, Şəhidimizin!




Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az