Ailənin tək oğlu, 3 övladı atası, Aprel döyüşlərinin iştirakçısı-ŞƏHİD NOFƏL NURİYEVİN BU GÜN CƏNNƏTDƏKİ İKİNCİ AD GÜNÜDÜR – ONUN 34 YAŞI TAMAM OLUR… – FOTOLAR – YENİLƏNİB

Bu gün, 9 yanvar Goranboyun Qızılhacılı qəsəbəsinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Nofəl Xaliq oğlu Nuriyevin ad günüdür.

Bu gün Onun 34 yaşı tamam olur və bu, Nofəl Nuriyevin Cənnətdəki ikinci ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Nofəl Nuriyev 1988-ci ilin yanvar ayının 9-da Qızılhacılıda sadə bir ailədə dünyaya gəlib.

Nofəlgil ailədə iki uşaq-bir bacı, bir qardaş olublar.

Nofəl orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində yerləşən Tibb Kollecində təhsil alıb.

2011-ci ildə ailə həyatı quran Nofəl 3 övlad, iki qız, bir oğul atası idi.

Evin tək oğlu olan Nofəlin Güllü, Ayşə və Ali adlı övladları var.

2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olan Nofəl Nuriyev İkinci Vətən Müharibəsi zamanı-2020-ci ilin sentyabrın 29-unda Şəhid olsa da, bir müddət onun nəşini neytral ərazidən götürmək mümkün olmayıb.

Yalnız 11 gündən sonra, oktyabrın 10-da nəşini “neytral”dan götürmək mümkün olub və o, elə həmin gün Qızılhacılı (Balakürd) qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”“Laçının azad olunmasına görə” “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Məqamı Uca, məkanı cənnətlik, Cənnətdəki ikinci ad günü, mövludu mübarək olsun!

Nur içində yatsın!

00:00

***

Bu gün saat 16:00 radələrində Qazimiz, iki medallı Fuad Mahir oğlu Həsənovla Şəhidimizin Cənnətdəki ikinci ad günü ailəsini ziyarət etdik.

Şəhidimizin anası Fatma xanıma, ana nənəsinə, həyat yoldaşına və tək bacısına bir daha başsağlığı verdik, bir daha onlara Allahdan səbr dilədik, bir daha “Şəhidimizin məkanı cənnətlik, məqamı Uca, Cənnətdəki ikinci ad günü mübarək olsun!”-dedik…

Şəhidimizin anası, ailə üzvləri də öz növbəsində belə bir gündə onları tək buraxmayanlara, onlara mənəvi dəstək olanlara öz minnətdarlıqlarını ifadə etdilər.

Sonra Şəhidimizin anası, ailə üzvləri, yaxınları ilə söhbətləşdik, dərdləşdik, bir daha ötən günlərə, İkinci Vətən Müharibəsinə qayıtdıq, Vətən yolunda canlarını fəda etmiş oğulları yad etdik.

Şəhidimizin ailəsini ziyarətimiz iki saata yaxın çəkdi və təxminən 18:00 radələrində sağollaşıb, onlardan ayrıldıq.

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha 555 yeni yoluxma-DAHA 8 ÖLÜM…

Read Next

İğtişaşlar zamanı 164 nəfər insan həlak olub…-QAZAXISTANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir