Ailənin tək oğlu, ali təhsilli, peşəkar hərbçi, Baş leytenant-İKİNCİ VƏTƏN MÜHARİBƏSİNİN İŞTİRAKÇISI, İKİ MEDALLI CƏBRAYIL MİRZƏYEV…-FOTOLAR

Cəbrayıl Əbülfət oğlu Mirzəyev…

Vətən sevdalısı İgid, Qəhrəman gənc, qeyrətli Azərbaycan oğlu…

Peşəkar hərbçi, zabit, İkinci Vətən Müharibəsinin iştirakçısı…

Cəbrayıl Tovuz rayonunun Əyyublu kəndindəndir…

Sadə, zəhmətkeş bir ailənin övladıdır…

1995-ci ildə Mirzəyevlər ailəsində dünyaya gəlib…

Ailənin iki övladından biri, tək oğludur…

Cəbrayıl 2011-ci ildən təhsilini Bakı şəhərində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib, həyatını hərblə bağlayıb…

2011-2014-cü illərdə adıçəkilən Hərbi Liseyi oxuyub-bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub…

2014-2018-ci illərdə Ali Hərbi Məktəbi oxuyub və təhsilini başa vurduqdan sonra N saylı hərbi hissələrdən birində fəaliyyətə başlayıb…

İkinci Vətən Müharibəsi başlayan gündən, daha doğrusu, sentyabrın 24-dən də ön xətdə olub…

Füzuli-Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edib…

Müharibə başa çatandan 22 gün sonra, dekabrın 2-də isə yenidən işlədiyi hərbi hissəyə göndərilib…

Müharibə zamanı Leytenant rütbəsini daşısa da, müharibədən sonra Baş leytenant rütbəsinə yüksəlib…

Ali Baş Komandanın sərəncamları ilə “Qubadlının azad olunmasına görə” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub…

Hazırda peşəkar hərbçi, zabit kimi də fəaliyyətini davam etdirir…

26 yaşlı Cəbrayıl həm də subaydır…

***

Cəbrayılla tanışlığımız sırf təsadüf nəticəsində baş verdi…

Bu gün günorta saatlarında Mingəçevirdən-Şəhid məclisindən çıxıb, daha bir Şəhid məclisində iştirak etmək üçün Yevlaxdan Ağcabədiyə gedirdim…

Cəbrayılla da məhz bu zaman, yol yoldaşı kimi tanış oldum…

Tanışlığımızdan da çox sevindim…

Çünki Vətən sevdalısı, Vətənini canından çox sevən bir Azərbaycan övladıdır…

Cəbrayıl vətənpərvərliyi ilə yanaşı həm də çox sakit, çox mədəni, çox tərbiyəli bir gəncdir…

Yol boyu xeyli söhbət etdik…

İkinci Vətən Müharibəsindən, olanlardan-keçənlərdən danışdıq…

Və bir daha qeyd edirəm ki, belə bir gənclə yol yoldaşı olmağımdan, tanışlığımızdan da çox şad oldum və məmnun qaldım…

Ona gələcək həyat yollarında, işində, fəaliyyətində, şəxsi həyatında uğurlar arzuladım…

Allah qorusun, Yar və Yardımçısı olsun, Cəbrayıl balamızın-Cəbrayıl Mirzəyevin!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Evin-ailənin tək və nişanlı oğlu, nəşi 63 gündən sonra dəfn edilən-TELMAN ALLAHVERƏNOVUN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Hava buludlu olacaq, arabir tutulacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir