“Mən səni qucaqlamaq istəyirəm, məzardan baxan şəklini, soyuq məzarını yox…”-Şəhid anası…Ailənin tək oğlu, bir övlad atası, nəşi 2 aydan sonra tapılan-MƏHƏMMƏD MƏMMƏDLİNİN ANIM GÜNÜDÜR…- FOTOLAR – YENİLƏNİB – (6)

Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Məhəmməd Murad oğlu Məmmədlinin Anım Günüdür.

Onun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasında bir il keçir.

Düz bir il öncə-bu gün, 1 dekabr tarixində Məhəmməd Məmmədlinin nəşi Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az xəbər verir ki, Məhəmməd Məmmədli 1994-cü ilin avqustun 21-də Mingəçevirdə sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib.

Məhəmmədgil ailədə iki övlad, bir bacı-bir qardaş olublar.

Bir neçə il öncə atasını itirib.

Anaları Mehriban xanım onlara həm ata, həm ana olub.

Orta məktəbi bitirdikdən, hərbi xidmətini başa vurduqdan sonra Məhəmməd Mingəçevirdəki restoranlardan birində ofisiant işləyib.

Bir il öncə, 2020-ci ildə isə ailə qurub.

2020-ci ilin sentyabrın 21-dən də səfərbərliyə cəlb olunub, İkinci Vətən Müharibəsinin ilk günündən də ən ağır döyüş bölgələrindən birində, Talış-Suqovuşan istiqamətlərində olub, döyüşüb.

Anası Mehriban xanımla axırıncı dəfə sentyabrın 30-da danışıb, sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Oktyabrın 2-sində Suqovuşanda ağır döyüşlərdən birində Şəhid olub, itkin düşüb.

Düz 2 aydan sonra ondan xəbər çıxıb, daha doğrusu, dekabrın 1-də Şəhidliyi təsdiqlənib və elə həmin gün nəşi Mingəçevirə gətirilərək, Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Bu ilin yanvarın 30-da isə Şəhidin Fatimə adlı qız övladı dünyaya gəlib.

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Ziyarət təxminən bir saat davam edəcək.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, Mingəçevirdən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, şəhər sakinləri, məktəblilər iştirak edəcəklər.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzüləcək, əklil qoyulacaq, ruhuna dualar ediləcək.

Ziyarətdən sonra Şəhidin yaşadığı evin-binanın həyətində anım mərasimi keçiriləcək, adına ehsan veriləcək.

Bir daha ruhuna dualar oxunacaq.

Nur içində yatsın, məkanı cənnətlik olsun!

Allah ailəsinə səbr versin!

00:01

***

Bu gün səhər saatlarında Şəhidin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin anası Mehriban xanım, tək bacısı, yaxınları, Mingəçevirdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, məktəblilər iştirak ediblər.

Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar oxunub.

Məktəblilər tərəfindən Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Ziyarətə gələnlər bir-bir Şəhidin anasına yaxınlaşaraq, ona bir daha başsağlığı verib, Allahdan səbr diləyib, “Şəhidimizin ruhu şad olsun!”-deyiblər.

Şəhidin anası Mehriban xanımın Məhəmməd Məmmədlinin məzarı başındakı söylədiyi sözlər isə ürəklər dağlayıb:

“Ay oğul, bir il idi ki, sənin yolunu ümüdlə gözləyirdim..Amma sən gəlmədin…Mən səni istəyirəm, mən səni qucaqlamaq istəyirəm…Məzarını, məzardan boylanan şəklini qucaqlamaq istəmirəm…Ana da oğula yas verərmi?…Oğul anaya yas verər…Gəl, oğlum, gəl…Başqalarından mənə oğul olmaz, mən səni istəyirəm…”

Şəhid anasının sözləri hər kəsi göz yaşlarına boğub…

Bir saata yaxın davam edən ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evin həyətində anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

11:02

***

FOTOLAR:

NUR ÜZLÜ ŞƏHİDİMİZ…

GƏLƏCƏYİMİZİN İGİDLƏRİ, QƏHRƏMANLARI…

ANA, ANALAR YANAR, AĞLAR…

11:20

***

ŞƏHİDİN EV-MUZEYİ…CANLI, DİL AÇIB DANIŞAN MUZEY…

11:28

***

TƏK OĞULLARINI ŞƏHİD VERMİŞ FLORA ANA VƏ XANIMNAZ ANA…VƏ TƏK QARDAŞINI ŞƏHİD VERMİŞ ELNARƏ XANIM…

11:45

***

VƏ ANIM MƏRASİMİ…

ŞƏHİD ANALARI…ŞƏHİD ATALARI…QƏHRƏMAN ANALAR…QƏHRƏMAN ATALAR…

12:12

***

DƏRD VƏ QÜRUR ORTAQLARI…

13:07

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanlarla-VİDA VƏ DƏFN MƏRASİMİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“İndiki məqamda güclü iradə Zəfərin davamlılığının əsas təminatıdır”-BƏHRUZ MƏHƏRRƏMOV YAZIR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir